“Heydər Əliyev Bakıya qayıtmasaydı, Azərbaycan adlı bir dövlət olmayacaqdı”
Tarix: 08.05.2014 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilib. Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin Qonaq Evində keçirilən tədbirdə Rusiya Federasiya Şurasının sədr müavinləri Aleksandr Torşin, İlyas Umaxanov, MDB-nin icraçı katibi Sergey Lebedev, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov, Dövlət Dumasının komitə sədri Leonid Slutski, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, bir sıra ölkələrin səfirləri, ali məktəb rektorları, Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları H.Əliyevin səfirliyin binasındakı barelyefinin qarşısına çiçək qoyublar. Daha sonra qonaqlara ziyafət verilib. Səfir Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından, onun keçdiyi həyat yolundan, müstəqil Azərbaycan dövlətinin təşəkkül tapmasında və möhkəmlənməsində onun əvəzsiz rolundan söz açıb. O, H.Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələri qeyd edərək, bu gün onun siyasi kursunu prezident İlham Əliyevin davam etdirdiyini söyləyib: "Azərbaycan prezidenti Rusiyadan gələn nümayəndə heyətlərinə xüsusi diqqətlə yanaşır. Mən fəxr edirəm ki, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir və dövrümüzün ən mürəkkəb məsələlərinin həllində qarşılıqlı anlaşma mövcuddur. Ümid edirəm ki, həmişə də belə olacaq”. Təntənəli gecədə səfir Polad Bülbüloğlu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin üzvü Aleksandr Dzasoxovun Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsi barədə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamını oxuyub və ordeni ona təqdim edib. A.Dzasoxov yüksək mükafata görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxışında Heydər Əliyevlə çoxsaylı görüşləri barədə xatirələrini bölüşüb: “Əgər 1990-cı illərin əvvəllərində Heydər Əliyev Bakıya qayıtmasaydı, Azərbaycan adlı bir dövlət olmayacaqdı”.
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev isə çıxışında Heydər Əliyevin təkcə azərbaycanlıların deyil, həm də keçmiş Sovet İttifaqı respublikalarının bütün xalqlarının qəlbində silinməz iz qoyduğunu söyləyib: "Mən Heydər Əliyevlə dəfələrlə görüşmüşəm. O qəti əmin idi ki, keçmiş Sovet İttifaqının xalqları ənənəvi dostluq münasibətlərini qoruyub saxlamalıdırlar. Heydər Əliyev böyük təcrübəsindən irəli gələrək bilirdi ki, mürəkkəb məsələləri birlikdə həll etmək lazımdır”. Təntənəli gecədə çıxış edən Rusiya Federasiya Şurası sədrinin birinci müavini Aleksandr Torşin, Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski, Rusiyanın əməkdar rəssamı Nikas Safronov, şahmat üzrə dünya çempionu Anatoli Karpov və digərləri Heydər Əliyev barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info