BANM Texas A&M Universiteti ilə layihələrlə bağlı razılıq əldə edib
Tarix: 08.05.2014 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Texas A&M Universiteti ilə magistr hazırlığı layihələrinə başlamaq haqqında ilkin razılıq əldə edib.
BANM-dən verilən məlumata görə, rektor Elmar Qasımovun rəhbərlik etdiyi və Tədris elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətovdan və Keyfiyyətin təminatı şöbəsinin rəisi Samirə Musayevadan ibarət nümayəndə heyətinin Texas A&M Universitetindəki görüşündə bu universitetin prezidenti cənab Jon Şarp, Federal və Dövlət əlaqələri üzrə vitse- prezident cənab Tommi Villyams və Tədris üzrə vitse- prezident cənab Jeym Hallmark iştirak ediblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov universitetin rəhbərlərinə Azərbaycanın müstəqillik tarixi, bu tarix ərzində ölkənin əldə etdiyi uğurlar, o cümlədən Dağlıq Qarabağ problemi haqqında ətraflı məlumat vermiş Azərbaycanın regionda lider dövlət və dünyanın sürətlə inkişaf edən ölkələrinin sırasında olduğunu, dünya enerji bazarında müstəqil siyasət yürütdüyünü vurğulayıb və bu mövqeni saxlamaq üçün yüksəkixtisaslı mütəxəssislərə ehtiyac olduğunu bildirib. Daha sonra rektor Bakı Ali Neft Məktəbinin yaranma tarixinin, əldə etdiyi uğurlar, tədrisin ingilis dilində Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğun təşkil edildiyi haqqında danışıb bu məqsədə çatmaq üçün Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirib. O, mütəxəssis hazırlığında Avropanın və Amerikanın qabaqcıl universitetlərinin təcrübəsindən istifadə edilməsinin Bakı Ali Neft Məktəbinin fəaliyyətinin prioritetlərindən olduğunu vurğulayıb, şirkətin həyata keçirdiyi iri layihələr haqqında məlumatlar verib və Bakı Ali Neft Məktəbinin yaradılmasının təşəbbüskarı kimi Şirkətin də yüksəkixtisaslı mütəxəssislərə ehtiyacının ödənilməsində maraqlı olduğunu qeyd edib.
Rektor hər iki tərəfin əməkdaşlığının müxtəlif xarakterli təhsil layihələri üzərində qurulmasının vacibliyini vurğulayıb və əməkdaşlıq əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirib.
Görüşün nəticəsində tərəflər əməkdaşlığın sonrakı inkişafı ilə bağlı həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.
Daha sonra universitetin Mühəndislik kollecinin icraçı dekan müavini profesor N.Anandla nümayəndə heyətinin görüşü baş tutub neft-qaz mühəndisliyi ixtisası üzrə birgə magistr hazırlığı layihəsinin müxtəlif aspektləri hər tərəfli müzakirə olunub və təxirə salınmadan layihənin icrasına start verilməsi qərara alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info