Əli Həsənov: “Şuşanın işğalı müvəqqətidir”
Tarix: 08.05.2014 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


“Şuşalıların üzündə nur var, ermənilər orada yaşamaqla nurlu olacaqlar?..”
“Şuşanın işğalı müvəqqətidir”. Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində çıxışı zamanı deyib. Ə. Həsənov bildirib ki, Şuşa yerindədir və Azərbaycan ərazisidir: “Ermənilər Şuşaya müvəqqəti olaraq erməniləri yerləşdirərək, orada doğulan uşağın xanəndə və ya hansısa məşhur olacağını düşünürlərsə, səhv edirlər. Orada o havanı udmaq, orada böyümək hələ şuşalı olmaq deyil. Şuşalıların üzündə bir nur var. Ermənilər orda yaşamaqla nurlu olacaqlar? Bunlar hamısı genetik proses və genetik məsələdir. Başqasının evində, yerində yaşamaq necə mümkündür? Şuşanın böyük tarixi var. Şuşa nəinki Azərbaycan, bütün türk dünyası və bəzi müsəlman dövlətlərini çıxmaq şərtilə, bütün müsəlman dünyası üçün müqəddəs şəhərdir”. Komitə sədri vurğulayıb ki, şuşalılara “məcburi köçkün” ifadəsi yaraşmır: “Çünki bu işğal müvəqqətidir. Bu gün Şuşanın yaddan çıxarılması qeyri-mümkündür. Şuşa 170 il Qarabağın mərkəzi olub. Şuşanın başı bəlalıdır, ona görə ki, dünyanın gözü ordadır. Məndəki məlumata görə, bu gün artıq xarı bülbül də Şuşada yetişmir. Bunun səbəbini bilmirəm. Bəlkə də işğala görə xarı bülbül də yetişmir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info