ARDNŞ-in Türkiyə Nümayəndəliyində görüş keçirilib
Tarix: 08.05.2014 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


ARDNŞ-in Türkiyə Nümayəndəliyinin direktoru, Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinin sədri Kənan Məmmədov Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türk – Azərbaycan İş Şurasının sədri Cengiz Gül və Şuranın idarə heyyətinin üzvlərini qəbul edib. Bu haqda Türkiyədəki Azərbaycanlı İşadamları Birliyindən qəzetimizə məlumat verilib.
Səmimi və mehriban şəraitdə keçən görüşdə qonaqlara ARDNŞ – in fəaliyyəti haqqında ətraflı məlumat verən Kənan Məmmədov Azərbaycanın yüksək templərlə dinamik inkişaf etməsində şirkətin mühüm rol oynadığını qeyd edib, şirkətin ölkə daxilində və xaricdə həyata keçirdiyi investisiya layihələri haqqında söz açıb.
K.Məmmədov öz çıxışında Azərbaycanın müstəqilliyinin tanınmasından bu günə qədər Azərbaycan – Türkiyə arasında əməkdaşlığın gözlənildiyi kimi, yalnız və yalnız yüksələn xətt üzrə inkişaf etdiyini, qardaş Türkiyənin bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, rəsmi Bakının da hər zaman bütün məsələlərdə Ankaraya dəstək verdiyini, bu gün iki dövlət arasında münasibətlərin sadəcə siyasi müstəvidə deyil, iqtisadi və mədəni müstəvidə də inkişaf etdiyini, Azərbaycan və Türkiyəni dünyanın energetika siyasətini dəyişdirə biləcək iqtisadi layihələrin də birləşdirdiyini qeyd edib. K. Məmmədov onu da vurğulayıb ki, bu gün fəxarətlə qeyd etmək yerinə düşər ki, Türkiyədə ən böyük xarici sərmayədar ARDNŞ – dir və Azərbaycanın da ən böyük xarici sərmayəsi məhz ARDNŞ tərəfindən qardaş Türkiyəyə yatırılıb.
Türkiyədəki Azərbaycanlı İşadamları Birliyinin bu ilin əvvəlində növbəti ümumi yığıncağının keçirildiyini, yeni tərkibdə idarə heyyətinin seçildiyini qonaqların diqqətinə çatdıran K. Məmmədov, Birliyin fəaliyyətinə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin və digər aidiyyati dövlət qurumlarının verdiyi önəm, Birliyin Azərbaycan – Türkiyə arasındakı iqtisadi əlaqələrin inkişafında oynaya biləcəyi mühüm rol barəsində danışmışdır. Görüşdə Türkiyədəki Azərbaycanlı İşadamları Birliyi ilə DEİK arasında əməkdaşlıq imkanları müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qonaqlara Azərbaycanın milli suveniri hədiyyə olunub, xatirə şəkili çəkdirilib.

Fuad





 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fitosanitar müşahidələri davam etdirir
19.06.2019
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
19.06.2019
Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır
19.06.2019
Məhkumlara tibbi xidmətdə müsbət təcrübəmiz dünyada örnəkdir
19.06.2019
İyulda hərbi xidmətə göndərilən çağırışçılar xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırılacaqlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info