Əhali sakinliyinin inkişafı ilə bağlı Dövlət Proqramı layihəsi hazırlanıb
Tarix: 08.05.2014 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin direktoru Heymo Laakkoneni qəbul edib.
S.Müslümov Azərbaycanın dinamik sosial-iqtisadi inkişaf göstəriciləri, xüsusən son on ildə əldə olunan mühüm tarixi nailiyyətlər haqqında H.Laakkonenə məlumat verib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikanın hərtərəfli tərəqqisini stimullaşdıran uğurlu siyasətinin mərkəzində insan amilinin dayandığını vurğulayan nazir ölkədə insan inkişafına yönələn ardıcıl tədbirlərin demoqrafik vəziyyətə müsbət təsirini qeyd edib: “Azərbaycan İnsan İnkişafı İndeksi üzrə “orta insan inkişafı” ölkələri qrupunu tərk edərək “yüksək insan inkişafı” qrupuna daxil olub. Yoxsulluğun kəskin şəkildə azalaraq 5, 3 faizə düşməsi, eyni zamanda insan potensialının qorunması və inkişaf etdirilməsi, ana və uşaqların sağlamlığı, ailələrin möhkəmləndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasət ölkədə demoqrafik sabitliyə səbəb olub. Ölkə əhalisinin sayı təkcə ötən il 1,3 faiz artaraq cari ilin əvvəlinə 9477,1 min nəfər təşkil edib. 2003-cü ildə doğulan hər nəfərə gözlənilən orta ömür uzunluğu göstəricisi 72,3 yaş idisə, 2013-cü ilin nəticələrinə görə bu göstərici 74,2 yaş, o cümlədən kişilər üçün 71,6 yaş, qadınlar üçün 76,8 yaş təşkil edib”.
S.Müslümov bildirib ki, demoqrafik potensialın inkişafı sahəsində Şərqi Avropa və MDB-yə daxil olan ölkələr sırasında ilk dəfə Azərbaycanda 1999-cu ildə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul olunub: “Hazırda nazirlik tərəfindən 2014-2025-ci illəri əhatə edən növbəti «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» layihəsi hazırlanıb. Bu sənəddə ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətləri və həyata keçiriləcək zəruri tədbirlər müəyyən edilir”.
Azərbaycan Hökuməti ilə BMT-nin Əhali Fondu arasında əməkdaşlığa dair “2011-2015-ci illər üçün Ölkə Proqramı üzrə Fəaliyyət Planı” ndan söz açan nazir əhali sakinliyinin və demoqrafiyanın inkişafı, bu sahədə milli potensialın yaradılması və təkmilləşdirilməsi, müvafiq elmi-tədqiqat işlərinin aparılması və s. kimi vacib istiqamətlərdə bu əməkdaşlığın xüsusi önəm kəsb etdiyini bildirib.
BMT-nin Əhali Fondunun Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərdiyini qeyd edən H.Laakkonen ötən müddətdə hərtərəfli inkişaf proseslərinin yaşandığı, eyni zamanda bu gün demoqrafik sabitliyin hökm sürdüyü Azərbaycanın BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığını yüksək qiymətləndirib.
Görüşdə əhali sakinliyinin və demoqrafiyanın inkişafı, bu sahədə milli potensialın yaradılması və təkmilləşdirilməsi, müvafiq elmi tədqiqat işlərinin və təbliğatın aparılması, demoqrafik inkişafın qiymətləndirilməsi və proqnozlaşdırılması sahələrində əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info