Naxçıvan Dövlət Universitetinin “Meridian” vokal qrupu “Univiziya” müsabiqəsinin qalibi olub
Tarix: 08.05.2014 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Tələbə Gənlər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Univiziya” Tələbələrin III Mahnı Müsabiqəsi keçirilib. İlkin dinləmələrin nəticəsində 50 ali və orta ixtisas təhsil müəssisəsindən 22-si yarımfinala vəsiqə qazanmışdı ki, Naxçıvan Dövlət Universiteti də bu müsabiqədə iştirak etmək hüququ almışdı. Qeyd edək ki, bu müsabiqədə universiteti xarici tələbələrdən ibarət “Meridian” vokal qrupu təmsil edib və uğurlu ifalarına görə qrup tamaşaçı nominasiyasının qalibi olaraq 2000 manat dəyərində pul mükafatına layiq görülüb.
Bu münasibətlə Naxçıvan Dövlət Universitetində təqdimetmə mərasimi keçirilib. Universitetin rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov son illərdə Azərbaycan incəsənətinin, xalq musiqisinin təbliğinə göstərilən dövlət qayğısından danışıb. Rektor vurğulayıb ki, dünya musiqi xəzinəsində Azərbaycan musiqisinin öz yeri var və ölkəmizdə mədəniyyət sahəsində görülən işlər buna əyani sübutdur. “Ölkədə keçirilən festivallar, musiqi yarışları Azərbaycan mədəniyyətinin inkişafı və təbliği baxımından çox mühümdür”-deyən rektor, “Univiziya” Tələbələrin III Mahnı Müsabiqəsində Naxçıvan Dövlət Universitetinin tələbələrinə uğurlu çıxışlarına görə təşəkkürünü bildirib. Rektor, müsabiqədə universiteti təmsil edən “Meridian” vokal qrupuna tamaşaçı rəğbəti nominasiyasında qalib gəldiyinə görə, yuxarıda adları çəkilən təşkilatların diplomunu və pul mükafatını təqdim edərək, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. Çıxışının sonunda rektor Saleh Məhərrəmov vokal qrupun bədii rəhbəri, Validə Vəli qızı Hüseynovanı Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülməsi münasibətilə də təbrik edib.
Vokal qrupun bədii rəhbəri, NDU-nun İncəsənət fakültəsinin Orkestr alətləri və dirijorluq kafedrasının müdiri, Prezident mükafatçısı, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Validə Hüseynova göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirərək, müsabiqənin ali təhsil ocaqlarında ifaçılıq sənətini inkişaf etdirmək baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Yay Olimpiya Festivalı zamanı xüsusi avtobuslar ayrılacaq
17.07.2019
Məktəblinin vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir
17.07.2019
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17.07.2019
“İrəli“ gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil ediblər
17.07.2019
Azərbaycan İlahiyat İnstitutu media nümayəndələrini mükafatlandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info