“Həmrəy” Heydər Əliyev və müasir gənclik mövzusunda tədbir keçirdi
Tarix: 08.05.2014 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


“HƏMRƏY” Gənlərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Təhsil Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Heydər Əliyev: Müasir gənclik” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masanı HGMİDB-nin sədri Yəhya Babanlı açıq elan edərək, tədbirin əhəmiyyətindən danışdı. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxundu. 22 il bundan öncə Azərbaycanın dilbər guşəsi olan Şuşanın işğal olunması ilə əlaqədar fikirlər səsləndirildi. Bu barədə tarixçi Azad Alıyev məlumat verdi. Daha sonra ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik strategiyası, həyata keçirdiyi uğurlu siyasət, respublikamızın gələcəyi üçün gördüyü işlər, apardığı islahatlar barədə geniş şəkildə diskussiya keçirildi. Qeyd olundu ki, Heydər Əliyevin siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib. Tədbir iştrakçıları ümummilli lider Azərbaycan gəncliyinə verdiyi dəyərin əvəzolunmaz olduğu barədə fikir səsləndirdilər. Qeyd olundu ki, Heydər Əliyevin gənclərlə iş sahəsində yürütdüyü siyasətin nəticəsidir ki, bu gün gənclərimiz xaricdə təhsil alma və dünyada layiqli yer tutma imkanları qazanıblar. Hazırda dövlət, hökumət orqanlarında və ictimai təşkilatlarda gənclərimiz çalışırlar. Azərbaycanda gənclərə xüsusi qayğı və diqqətlə yanaşılır. Müasir gənclik Heyder Əliyev irsinin davamçılarıdır. Tədbirdə qeyd olunub ki, ”HƏMRƏY” Təhsil Mərkəzində gələcəyə sağlam düşüncəli, intellektual, savadlı gənclərin yetişdirilməsində məhz Heydər Əliyevin siyasəti rəhbər tutulur, onun ideyaları, fəlsəfəsi yaşadılır və davam etdirir.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info