“Əl Qaidə”nin “qırğız qanadı” Orta Asiya üçün təhlükə törədir
Tarix: 09.05.2014 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Hazırda Əfqanıstan ərazisində böyük hərbi təxribat təcrübəsinə malik olan 200-dən artıq qırğız var. Onlar - “Əl-Qaidə”nin “qırğız qanadı” kimi tanınan üzvləri vətənə qayıtsa, o zaman Orta Asiyada vəziyyət gərginləşə bilər.
Bu barədə Qırğızıstanın təhlükəsizlik və asayişin təminatı üzrə keçmiş baş nazirinin müavini olmuş Tokon Mamıtov bildirib: “Yəqin ki, Əfqanıstanda prezident seçkilərindən və koalisiya qüvvələrinin çıxarılmasından sonra ölkədəki vəziyyət mürəkkəbləşəcək. Bundan sonra orada vəziyyət necə olacaq, indidən demək çətindir. Hazırda Əfqanıstanda bir sıra qanunsuz silahlı qruplar qalır. “Əl-Qaidə”nin “qırğız qanadı” kimi tanınan hərəkatın 1990-2000-ci illərdə lideri qırğız vətəndaşı Şeralı Akbotoev olub. O, cəzasını çəkdikdən sonra, ailəsi ilə Qırğızıstanda yaşayır və ali məktəblərin birində işləyir. Bu “qanad”a 200-dən çox qırğız könüllüsü daxil idi və əgər onlar vətənə qayıtsalar, vəziyyət nəinki ölkədə, hətta regionda da gərginləşə bilər”.
“Vesti.kg”nın məlumatına görə, Şeralı Akbotoev Qırğızıstanın ucqar kəndlərindən birində doğulub. 2002-ci ildə çoxgedişli əməliyyatdan sonra daxili təhlükəsizlik orqanlarının əməkdaşları onu Əfqanıstanda ələ keçirə biliblər. Qeyd edək ki, o, cinayət fəaliyyətinə 1997-ci ildən başlayıb. Onun vəzifəsi Qırğızıstanın cənubundakı əhali arasında dövlət əleyhinə təbliğat aparmaqla yanaşı, “Taliban” hərəkatının üzvlərinin dini təlimi istiqamətində iş aparmaq olub. O, həmin ərəfədə hətta, Üsəma ben Laden tərəfindən keçirilən geniş iclasların da iştirakçısı olub.
Tokon Mamıtovun fikrincə, Qırğızıstanda vəziyyətin sabitliyinə indiyə qədər həllini tapmamış sərhəd məsələləri də təsir göstərə bilər: “Bu məsələlərə düşünülməmiş yanaşma dövlətlərarası müharibəyə gətirib çıxara bilər. Bu, əsasən, Qırğızıstan-Tacikistan və Qırğızıstan-Özbəkistan sərhədlərinə aiddir. Bizim Tacikistanla 971 km sərhədimizdən 471 km-i, Özbəkistanla isə 1378 km sərhədimizdən 320 km-i mübahisəli ərazilərdir”.
Keçmiş nazir müavininin dediklərinə münasibət bildirən keçmiş sərhədçi və eyni zamanda hazırda ölkədə tanınmış ekspert Kubanıçbek Sarıbaev əlavə edir ki, gözlənilən potensial təhlükələr çox ciddi qəbul edilməlidir. Destabilizasiya nəinki Orta Asiyanı, hətta bütün dünyanı təhdid edir. Ərəb baharının Avropa ölkələrinə sirayət etməsi ehtimalı, Avropanın özündə belə, narahatlıq doğurub. Bununla belə, Əfqanistanda qeyri-sabitliyin işartıları sezilməkdədir. Kim zəmanət verə bilər ki, belə olan halda, bu hadisələr Orta Asiyadan, xüsusən də Qırğızıstandan yan keçəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info