Gənclər siyasətinin əsas vəzifəsi onları cəmiyyətin avanqard hissəsinə çevirməkdir
Tarix: 09.05.2014 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclası keçirilib
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş növbəti iclası keçirilib. “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş iclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Şuranın bu iclası daha əlamətdardır. Çünki bu tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə eyni vaxta təsadüf edir. Nazir dahi rəhbər Heydər Əliyevin gənclərə daim diqqət göstərdiyini, onların problemlərinin həlli üçün mühüm işlər gördüyünü deyib. A.Rəhimov ulu öndərin müəllifi olduğu dövlət gənclər siyasətinin bu gün Prezident tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. 2016-cı ildə Gəncənin “Avropanın gənclər paytaxtı” seçilməsinin Azərbaycanda aparılan gənclər siyasətinin beynəlxalq səviyyədə tanınmasının nəticəsi olduğunu deyən nazir, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərə göstərilən diqqətdən danışıb.

Gənclər təşkilatlarının sayı 250-ni keçib

Bildirilib ki, on il əvvəl Azərbaycanda 51 gənclər təşkilatı var idisə, bu gün onların sayı 250-ni keçib. Prezident İlham Əliyev gənclərin dövlət quruculuğunda fəal iştirakını zəruri sayır. Bu da gənclərə diqqətin daha da artacağından xəbər verir. Nazir bu baxımdan 2014-cü il gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında dövlət başçısının sərəncamının əhəmiyyətini yüksək qiymətləndirib. Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev 1994-cü ildən etibarən fəaliyyət göstərən Şuranın əsas məqsədinin dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etmək olduğunu bildirib. Xalqımızın ulu öndəri Heydər Əliyevin ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoyduğunu diqqətə çatdıran N.Mehdiyev Azərbaycan Gəncləri Gününün təsis edilməsini dahi rəhbərin gənclərimizə hədiyyəsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycan gəncliyinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas hədəflərindən biri olduğunu diqqətə çatdırıb. Azərbaycan gəncliyi hər zaman olduğu kimi, bu gün də bu siyasəti dəstəkləyir. “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova da çıxışlarında ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurla reallaşdırılması nəticəsində əldə edilmiş nailiyyətlərdən danışıblar.

Dövlət proqramlarında gənclərin işlə təmin olunması
mühüm yer tutur


İclasa yekun vuran Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Azərbaycan cəmiyyətinin ən avanqard hissəsi olan gənclərin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü geniş qeyd etdiklərini diqqətə çatdırıb.
Bildirilib ki, bu, təsadüfi deyil. Çünki ölkəmizdə digər sahələr kimi, dövlət gənclər siyasətinin də təməlini xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub. Prezident Administrasiyasının şöbə müdiri ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurlarından, bu kursu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin gəncləri hər zaman diqqət mərkəzində saxladığından danışıb: “Gənclər və İdman Nazirliyinin nəzdində yaradılmış Gənclər Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna çevrilməsi onun statusunun daha da yüksəldilməsi məqsədi daşıyır. Fondun vəsaitləri də ildən-ilə artır”. Ə.Həsənov qeyd edib ki, Gənclər Fondu vasitəsilə böyük qrant layihələri həyata keçirilir və mindən artıq gənclər təşkilatına, yaxud ayrı-ayrı gənclərə qrantlar verilir: “Həmçinin cənab Prezident bütün bölgələrdə gənclər evlərinin tikintisinin dövlət proqramına daxil edilməsi barədə göstəriş verdi. Gənclər evləri bölgələrdə Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin reallaşmasını və gənclərin idarəçiliyə, istehsalata, sosial sahələrə cəlb olunmasını şərtləndirən addımlardan biridir”. Şöbə müdiri dövlətin gənclərlə bağlı siyasətinə toxunaraq bildirib ki, bu gün müxtəlif istiqamətlər üzrə dövlət gənclər siyasətinin həyata keçirilməsi təmin edilir: “Bunlardan birincisi gənclərin mənəvi-əxlaqi tərbiyəsi, mədəni həyatda iştirak məsələsidir. Ümummilli lider Heydər Əliyev həmişə bu məsələyə ciddi önəm verib, bunu bütün dövlət qurumları qarşısında ali vəzifə kimi qoyub. Əgər Azərbaycan gəncliyi bu gün bizim milli-mənəvi dəyərlərimizə, əxlaqımıza, mədəniyyətimizə, dilimizə, ümumiyyətlə, Azərbaycan dəyərlərinə sahib çıxmayacaqsa, deməli bizim millətin sabahı, gələcəyi yoxdur. Ona görə də gənclər siyasətinin, dövlət proqramlarının əsas vəzifəsi Azərbaycan gəncliyini milli-mənəvi dəyərlər ruhunda tərbiyə etmək, onlarda milli irsə sahiblik hissi yaratmaq, gənclərin milli iradəsini möhkəmləndirərək Azərbaycanın gələcək taleyinin həll olunmasında onları aparıcı, avanqard bir hissəyə çevirməkdir. Bilirsiniz ki, cəmiyyətin avanqard hissəsi gənclikdir, gəncliyin də avanqard hissəsi tələbələrdir. Azərbaycan tələbələrinin ali məktəblərdə vətənpərvərlik ruhunda yetişdirilməsi, onlara milli-mənəvi dəyərlərə sahiblik hissinin aşılanması dövlət proqramının əsas vəzifələrindən biridir”. Ə.Həsənov onu da vurğulayıb ki, dövlət proqramında qarşıya qoyulmuş əsas vəzifələrdən biri kimi istedadlı gəncləri müəyyənləşdirmək, onların bilik və bacarıqlarının inkişafına nail olmaq və bütün bunları dövlətin və millətin xidmətinə səfərbər etmək üçün gənclərə dövlətin diqqət və qayğısı həmişə yüksək olmalıdır. Ə. Həsənov gənclərin sağlamlığının təmin olunmasının da Azərbaycan dövlətinin gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd edib. O, gənclərin məşğulluğu məsələsinə toxunaraq deyib ki, əhalinin dinamik artımı, ölkələrdə məşğulluq məsələsi ciddi problemə çevrilir: “Azərbaycan əhalisinin 31 faizi, təxminən 3 milyondan artığı gənclərdir. 31 faizi işlə təmin etmək o qədər asan məsələ deyil. Amma Azərbaycan dövlətinin bütün sahələr üzrə qəbul etdiyi dövlət proqramlarında gənclərin işlə təmin olunması mühüm yer tutur. Düzdür, bu işdə müəyyən çətinliklər, problemlər ola bilər. Məsələn, bir müddət əvvəl qanunvericilik qaydasında müəyyən edildi ki, təqaüd yaşına çatan şəxslər maksimum bir ildən sonra iş yerlərini tərk etsinlər və yerlərinə gənclər cəlb olunsunlar. Amma gördünüz ki, buna qarşı cəmiyyətdə nə qədər müqavimət oldu. Yaşlı nəslin nümayəndələri öz mövqelərini belə əsaslandırırlar ki, əsl fəaliyyət 60 yaşdan sonra başlayır. Düzdür, son on ildə Azərbaycanda yeni iş yerlərinin yaradılması prosesi geniş vüsət alıb. Amma bir məsələ də var ki, hər bir Azərbaycan vətəndaşı üçün yüksək təminatlı iş yeri açmaq olduqca mürəkkəb məsələdir. Ona görə də müəyyən iş yerlərində təqaüd yaşına çatmış insanların gənclərlə əvəz olunması siyasətini davam etdirmək lazımdır. Bu sahə üzrə müəyyən problemlər müşahidə olunsa da, düşünürük ki, müvafiq tədbirlər vasitəsilə ciddi irəliləyişə nail olunacaq”.

Gənc ailələrin sosial müdafiəsinə dəstək verilməsi dövlət siyasətinin mühüm istiqamətdir

Gənc ailələrə dövlət qayğısından danışan PA rəsmisi bildirib ki, Azərbaycanda gənclərin ailə qurması tendensiyası çox sürətlə gedir: “Gənclərin ailələrinin möhkəm, gələcəkdə dayanıqlı olması, onların dağılmasının qarşısının alınması üçün gənc ailələrin sosial müdafiəsinə dəstək verilməsi dövlət siyasətinin mühüm istiqamətdir və ciddi maliyyə resursları tələb edir”. Ə. Həsənov gənclər təşkilatlarına dəstəkdən də danışaraq deyib ki, bu təşkilatların fəaliyyətlərini stimullaşdırmaq, onlara dəstək vermək, dövlətin imkanları çərçivəsində qrantla təmin eləmək də Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin önəmli tərkib hissəsidir.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info