Bakı-Düşənbə birbaşa aviareyslərinin açılması müzakirə olunub
Tarix: 09.05.2014 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin nəqliyyat naziri Hayrulla Asozoda ilə görüşüb. Tacikistan Nəqliyyat Nazirliyinin rəsmi saytının xəbərinə görə, görüş zamanı tərəflər nəqliyyat sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə əsasən Azərbaycan ərazisindən keçməklə Tacikistan üçün yükdaşımaların dəmir yolu ilə daşınması tarifləri, eləcə də Bakı və Düşənbə arasında birbaşa aviarabitənin bərpası məsələləri müzakirə olunub. Aviarabitə sahəsində əməkdaşlıq kontekstində hər iki ölkənin paytaxtlarının tranzit şəhərlər qismində istifadə olunma imkanları nəzərdən keçirilib. Bildirilib ki, iki ölkənin Nəqliyyat nazirliklərinin profil idarələri qeyd edilən məsələlərin həlli üçün mexanizm hazırlamalıdır. Qeyd edək ki, Azərbaycanla Tacikistan arasında bu ilin birinci rübü ərzində ticarət dövriyyəsinin həcmi 10,2 mln. dolları ötüb. Bu, 2013-cü ilin analoji dövründən 5 dəfə yüksək göstəricidir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info