18 yaşdan yuxarı əhalinin 75 faizi tibbi müayinədən keçib
Tarix: 09.05.2014 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


18 yaşdan yuxarı əhalinin icbari tibbi müayinəsi nəticəsində ortaya çıxan nəticələr və ilkin rəqəmlər açıqlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, əhalinin icbari dispanserizasiyası ilkin olaraq 17 fevral - 1 may tarixlərini əhatə edib. Onun sözlərinə görə, tibbi müayinələr zamanı əhalinin müalicəsi ambulator və stasionar şəkildə təşkil olunub. A.Qədirli qeyd edib ki, bu müddət ərzində Azərbaycanda ümumi ölkə üzrə dispanserizasiyasıdan keçmiş əhalinin sayı 5 240 500 nəfər olub: “Bu da 18 yaşdan yuxarı ümumi əhalinin 75,6%-i deməkdir. Tibbi müayinə zamanı 488 344 nəfərdə müxtəlif xəstəliklər aşkar edilib. Xəstəliklər üzrə birinci yerdə tənəffüs sisteminin xəstəlikləri, ikinci yerdə qan dövranı sistemi xəstəlikləri dayanır. Bundan əlavə, əhalidə həzm, sinir, mədə bağırsaq, göz xəstəlikləri də aşkar olunub”. Səhiyyə Nazirliyinin rəsmisi qeyd edib ki, Bakı şəhəri üzrə 1 milyon 248 min 940 nəfər icbari tibbi müayinədən keçirilib və bu da paytaxtın təxminən 80%-ni əhatə edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info