“Qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdır”
Tarix: 09.05.2014 | Saat: 01:33:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkəmizdə səfərdə olan Küveyt Dövləti Vəqflər və İslam İşləri nazirinin müavini, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının Asiya Müsəlmanları Komitəsinin Direktorlar Şurasının sədri Adel Abdullah əl-Fəlahi ilə görüşüb.
Əli Həsənov Adel Abdullah əl-Fəlahi ilə əvvəlki görüşlərini, həmçinin onun rəhbərliyi ilə həyata keçirilən humanitar layihələrə və xeyriyyəçilik tədbirlərinə görə dövlət başçısı tərəfindən hələ 2010-cu ildə “Dostluq ordeni” ilə təltif olunmasını minnətdarlıqla xatırladıb. Baş nazirin müavini bütün bunları ölkələrimiz arasındakı əməkdaşlığın yüksək səviyyədə olması, həmçinin qonağın xoşməramlı fəaliyyəti ilə əlaqələndirib. Adel Abdullah əl-Fəlahi Azərbaycanın inkişafından qürur duyduğunu, Küveytin Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarında maraqlı olduğunu, ölkəsinin hər bir sahədə daim Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. Sonda qonağa “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
“Maksimum təzyiq siyasəti” uğursuz olunca “maksimum yalan siyasəti”nə keçirlər“
15.09.2019
Dövlət əxlaqı
15.09.2019
Bakının işğaldan azad edilməsi mühüm tarixi əhəmiyyətə malikdir
14.09.2019
Qeyri-leqal miqrasiya ABŞ-a ildə 300 milyard dollara başa gəlir
13.09.2019
Dağlıq Qarabağdakı qanunsuz “seçkilər“ xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info