“Ukraynada baş verənlərə laqeyd qala bilmərik”
Tarix: 09.05.2014 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


Moskvada Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan prezidentlərinin görüşü keçirilib.
Kremldə baş tutan qeyri-rəsmi görüşdə Rusiya prezidenti Vladimir Putin həmkarları ilə birlikdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin təlimində iştirak etdiklərini söyləyib: “Ordumuz ölkələrimizin suverenliyinin və ərazi bütövlüyünün zəmanətidir. Ordumuz qlobal və regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır”. Avropada hərbiləşmiş millətçiliyin yenidən baş qaldırdığını deyən Putin bu nə vaxtsa nasist ideologiyasının yaranmasına gətirib çıxaracağını qeyd edib: “Bu təhlükə ilə harada qarşılaşdığımızı hamımız bilirik. Qonşumuz, bizə qardaş olan Ukrayna məsuliyyətsiz siyasətin çoxlu faciələrə və itkilərə səbəb olduğunu nümayiş etdirir. Yüz minlərlə insan firəvan həyatdan məhrum olunub. Əlbəttə ki, biz Ukraynada baş verənlərə laqeyd qala bilmərik". Putin ölkə başçılarının qeyri-rəsmi görüşündə Ukraynadakı vəziyyət, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı barədə fikir mübadiləsi aparılacağını söyləyib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info