Kaliforniya mətbuatı ermənipərəst qətnaməni etirazla qarşılayıb
Tarix: 12.05.2014 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Erməni lobbisinin güclü təzyiqləri ilə Kaliforniya Ştat Assambleyasının 5 may tarixində müzakirə edərək, 8 may tarixində qəbul etdiyi, qondarma "Dağlıq Qarabağ Respublikası" ilə bağlı qətnaməni Kaliforniya KİV-ləri etirazla qarşılayıblar.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, KİV-lərin əksəriyyəti ABŞ hökuməti və bütün dünya birliyi tərəfindən Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığını bildirərək, bu qətnaməni ABŞ-ın xarici siyasətinə Kaliforniya Assambleyasının ziyanlı müdaxiləsi kimi qiymətləndiriblər.
Belə ki, Kaliforniya siyasi dairələrinin ən çox oxunulan "Sacramento Bee" qəzetinin tanınmış müxbiri Dan Uolters qətnamə ilə bağlı videobloq vasitəsilə çıxış edərək bunları bildirib: "Kaliforniya qanunvericilik orqanı bizim ödədiyimiz vergilərdən istifadə edərək, lazımsız işlərlə məşğul olur və mürəkkəb xarici siyasi məsələlərə burnunu soxur. Məsələn, götürək Dağlıq Qarabağ ilə bağlı qətnaməni. ABŞ bu bölgəni Azərbaycan ərazisi kimi tanıyır. Ancaq Qatto qətnaməsi isə bunun əksini söyləyir. Bu, Kaliforniyanın nəyinə lazımdır? Onsuz da bu qətnamənin münaqişə üçün heç bir önəmi yoxdur. Səbəb aydındır. Çünki Kaliforniyadakı böyük erməni lobbisi Ştat Assambleyasına bu qətnaməni qəbul etmək üçün böyük təzyiqlər göstərir. Assambleyanın isə onlara "yox" deməyə gücü çatmır. Ancaq Assambleya erməni lobbisinə etiraz edərək Kaliforniya əhalisini maraqlandıran işlərlə məşğul olmalıdır".
Qətnamənin müəllifi, ermənipərəst Assambleya üzvü Mayk Qattonun seçki dairəsində də qətnamə narazılıqla qarşılanıb. Sözügedən dairədə dərc olunan "Crescenta Valley Weekly" qəzetinin müxbiri Ted Ayala öz məqaləsində Ermənistanın təcavüzkarlığı nəticəsində yüz minlərlərlə azərbaycanlının Ermənistandan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salındığını, ABŞ hökumətinin, həmçinin BMT Təhlüksəzilik Şurasının qəbul etdiyi 4 qətnamənin Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirir. Müəllif Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirdiyi cinayətlərdən danışaraq, xüsusilə onların Kəlbəcər rayonunda törətdiyi hərbi cinayətləri qeyd edir. T.Ayala Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən aldığı müsahibəyə istinad edərək, bu qətnamənin Kaliforniyanın azərbaycanlı və erməni icmalarını qarşı-qarşıya qoyduğunu, sülh danışıqlarına mənfi təsir göstərə biləcəyini, həm ABŞ xarici siyasətinə, həm də beynəlxalq birliyin iradəsinə qarşı olduğunu bildirir. Sonda müəllif bir sıra başqa ABŞ ştatlarının Kaliforniyadan fərqli mövqe tutaraq, ABŞ federal hökumətinin xarici siyasətini dəstəkləyən qətnamələr qəbul etdyini qeyd edir və bu səpkidə Arizona qanunvericilik orqanının Azərbaycanın ərazi bütövlüyün dəstəkləyən 30.01.2014-cü il tarixli qətnamələrini diqqətə çatdırır.

Kaliforniya siyasi dairələrində geniş şəkildə oxunan analitik bloq - "California Political News & Views" saytında dərc olunmuş "Sakramento demokratları iş yerləri yaratmaq əvəzinə xarici siyasətlə məşğuldurlar" başlıqlı məqalədə isə qeyd olunur ki, "Kaliforniya depressiya içindədir, işsizlik 15%-dir, vergilər yüksəkdir, iş yerləri bağlanmaqdadır, pensiya sistemi tənəzzül etməkdədir, 16,7 milyard dollarlıq büdcə kəsiri var, ancaq bütün bunları həll etmək əvəzinə Ştat Assambleyasının üzvü Mike Qatto Ermənistan ilə Azərbaycan arasında olan məsələyə dair qətnamə hazırlamağa vaxt tapır". Eyni elektron nəşrdə Azərbaycanın Los Ancelesdəki baş konsulu N.Ağayevin "Kaliforniya qanunvericilik orqanı özünün erməni lobbisi tərəfindən manipulyasiyasına imkan verməməlidir" başlıqlı məqaləsi də dərc edilib.
"Los Angeles Times" qəzetinin dərc etdiyi iki məqalədə isə müəllif Melani Meyson ABŞ hökumətinin Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını, buna görə də bu qətnamənin ABŞ-ın xarici siyasətinə zidd olduğunu və xüsusilə şərqi Ukraynada hazırda baş verən hadisələr fonunda belə bir ziddiyyətin yersizliyini qeyd edir.
Qeyd edək ki, kaliforniyalı oxucular bu məqalələrə şərhlər yazaraq, qətnaməyə etirazlarını bildirib, Kaliforniya qanunvericilərinin xarici siyasətlə məşğul olmaqdansa, ştatın təxirəsalınmaz problemlərinin həllinə diqqət yetirməli olduqlarını söyləyiblər.
Separatçılıq və etnik münaqişələr üzrə ixtisaslaşan "Springtime of Nations" siyasi bloqunda dərc olunmuş "Kaliforniya Assambleyası etnik təmizləməyə haqq qazandıran qətnamə qəbul etdi" başlıqlı məqalədə də sözügedən qətnamə kəskin tənqid olunur. Müəllif Ermənistan tərəfindən həyata keçirilmiş işğal, etnik təmizləmə və Xocalı soyqırımı barədə oxucuları geniş məlumatlandıraraq, Kaliforniya qanunvericilərinin bu qətnamə ilə bütün bu cinayətlərə haqq qazandırmış olduqlarını vurğulayır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info