Bəzi tarixi abidələrin özəlləşdirilməsi nəzərdə tutulub
Tarix: 12.05.2014 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Dövlət tərəfindən mühafizə olunan tarixi abidələrin yarısından çoxunun təmirə ehtiyacı var. Bu barədə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib. Onun sözlərinə görə, dövlət mühafizəsi siyahısında adı olan tarixi abidələri qısa müddətdə təmir etmək dövlət üçün çətin problemdir: “Həmin siyahıda yeddi mindən artıq tarixi abidənin adı var. Amma nəzərə alaq ki, bu gün iki minə yaxın yeni aşkarlanmış tarixi abidələr də var. Bu sayda abidəni eyni vaxtda və qısa müddətdə təmir və bərpa etmək, onları qoruyub saxlamaq dövlət üçün çətin problemdir. Ümumiyyətlə, son illərdə tarixi abidələrin bərpası, qorunub saxlanması istiqamətində böyük işlər görülüb. Azərbaycanda tarixi abidələrə gündəlik qayğı göstərilir. Məsələn, bir çox bölgələrdə tarixi abidələrə münasibət kökündən dəyişib”. V.Əliyev əlavə edib ki, bəzi tarixi abidələrin özəlləşdirilməsi də nəzərdə tutulub: “Məsələn, bəzi evlərin, binaların, ofislərin özəlləşdirilməsi nəzərdə tutulub. Amma özəlləşdirən tərəflə müqavilə bağlanacaq ki, həmin abidələrin qorunması, tarixiliyinin itirilməməsi təmin olunsun. Azərbaycanda aparılan böyük quruculuq işləri tarixi abidələrin siyahısına yenidən baxmaq imkanı verir. Elə abidələr vardı ki, tarixilik baxımından onların siyahıya salınması düzgün deyildi. Məsələn, kimsə yüz il əvvəl bir ev tikib, amma tarixilik baxımından o qədər də əhəmiyyət kəsb etmir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info