Mətbuat Şurası Hacı Mirəziz Seyidzadə ilə bağlı nekroloq yayıb
Tarix: 12.05.2014 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Azərbaycanın böyük İslam alimi, “Kəlam” elmi-ədəbi, publisistik jurnalının baş redaktoru, Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə dünyasını dəyişib.
Seyidzadə Mirəziz Mirəsgər oğlu 1949-cu il fevral ayının 14-də Masallı rayonunun Türkoba kəndində anadan olub. İslam dininin nəzəriyyəsi və tarixi ilə bağlı dəyərli araşdırmaların müəllifi olan M.Seyidzadə rəhbərlik etdiyi “Kəlam” jurnalında dinimizin fəzilətlərinin oxuculara çatdırılması işini yüksək peşəkarlıqla həyata keçirib. Jurnalda ən parlaq materialların, tədqiqat işlərinin, araşdırmaların əks olunmasına böyük önəm verib. Nəşrin bu baxımdan nümunə sayılması dəyərli qələm adamının yorulmaq bilməyən fəaliyyətinin, ideya zənginliyinin nəticəsiydi. M.Seyidzadənin həyatının mahiyyətini təşkil etmiş bu axtarışlar isə hələ ötən əsrin 70-ci illərindən başlamışdı. Həmin vaxtdan etibarən mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış etmişdi.
Həyatının müxtəlif illərində Astara və Masallıda “Cümə” məscidinin axundu vəzifəsində çalışmış M.Seyidzadə Bakı İslam Universitetinin müəllimi kimi gənc nəslin əqidəli vətəndaş olaraq yetişməsinə öz töhfəsini vermişdi. İslam dini ilə bağlı məsələlərə şərhləri, ifadə etdiyi baxışlar onun əsl ziyalı simasını formalaşdırmışdı. Bu keyfiyyətlərinə görə M.Seyidzadə təkcə ölkənin media ictimaiyyətinin deyil, bütövlükdə cəmiyyətin rəğbətini qazanmışdı.
Gözəl insan, qayğıkeş ata, dəyərli qələm sahibi Mirəziz Seyidzadənin yoxluğundan danışmaq çox çətindir. Onun vəfatı hamımız üçün böyük itkidir. Azərbaycan Mətbuat Şurası mərhumun doğmalarına və yaxınlarına başsağlığı verir, onların üzüntüsünü paylaşır.
Mirəziz Seyidzadənin əziz xatirəsi daim yaddaşlarda yaşayacadır.
Allah rəhmət eləsin!




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info