Üç əməkdaşımız İqtisadiyyat və Sənaye Nazirliyinin müsabiqəsinin qalibi oldu
Tarix: 12.05.2014 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Mayın 10-da Bakı Biznes Mərkəzində Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə tədbir keçirildi. Əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirildi. Sonra öz işinə başlayan tədbiri giriş sözü ilə açan iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov müasir Azərbaycanın banisi Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmiş, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışdı. Qeyd edildi ki, tarixin sınağından böyük uğurla çıxmış Heydər Əliyev strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin gələcək sosial-iqtisadi inkişafına ən möhkəm zəmanətdir. Nazirliyin əməkdaşı Fəridə Əhmədova çıxışında Heydər Əliyevin quruculuq missiyası barədə danışmış, ulu öndərin müdrikliyi, siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində qazanılmış nailiyyətlərin sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd etdi. Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş gənc əməkdaşlarına YAP-ın partiya vəsiqələri təqdim olundu.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və digərləri ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərdiyini vurğulayıblar. Tədbir çərçivəsində həmçinin, ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə “Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır” mövzusunda jurnalistlər arasında keçirdiyi yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb. İqtisadiyyat və Sənaye Nazirliyinin aidiyyəti qurumlarının, Azərbaycan Mətbuat Şurasının əməkdaşlarının və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə qeyd edilib ki, “Azərlotereya” ASC-nin dəstəyi ilə təşkil olunmuş müsabiqəyə ümumilikdə müxtəlif qəzet, sayt və agentliklərdə yerləşdirilmiş 37 məqalə və 3 televiziya süjeti təqdim olunub. Müsabiqəyə təqdim edilmiş məqalə və süjetlər İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. Tədbirdə qaliblər elan olundu, onlara diplom və hədiyyələr təqdim edildi. Ümumiyyətlə isə bütün müsabiqə iştirakçıları mükafatlandırıldı.
Qeyd edək ki, üç əməkdaşımız İqtisadiyyat və Sənaye Nazirliyinin müsabiqəsinin qalibi oldu
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info