“The Nation”: “Ukraynada gərginliyin artması yeni silahlanma yarışına səbəb ola bilər”
Tarix: 12.05.2014 | Saat: 22:03:00 | E-mail | Çapa göndər


ABŞ-ın “OpEdNews.com” media qurumu Ukraynada baş vermiş dövlət çevrilişi ilə bağlı maraqlı yazı yazıb. Yazıda qeyd edilir ki, Ukraynanın seçki yolu ilə formalaşmış hakimiyyətini devirməyə səbəb olan Obama Rusiya ilə təhlükəli və baha başa gələn soyuq müharibəni yeniləyib: “Bu müharibə isə bizim planetdə həyatı təhdid edir. Bu prezident altı ölkəni - Liviyanı, Yəməni, Somalini, Pakistanı, Əfqanıstanı və İraqı bombalamağa məruz qoyandan sonra Rusiyaya qarşı müharibə törətməyə cəhd edir.
Avropa və Avrasiya üzrə dövlət katibinin müavini Viktoriya Nuland dekabrın 13-də Vaşinqtondakı konfransda bəyan edib ki, 1991-ci ildən ABŞ Ukraynaya “demokratiyanın yaxşı formasının” bərqərar olması üçün 5 milyard dollar pul ayırıb. “Global Research”də dərc olunmuş məqaləsində Bill van Auken ABŞ-ın Ukraynada kömək etdiyi, fevralda çevrilişlə güclü mövqe qazanmış “Sağ sektor” və “Azadlıq” partiyalarını “yaxşı demokratlar” kimi qeyd edir.
“Institute For Political Economy”dən olan Pol Kreyq Roberts yazır ki, ABŞ-ın hazırkı böhranda məqsədi ”soyuq müharibənin yenidən başlanması” ilə bağlıdır: “Birləşmiş Ştatlar istəyir ki, Rusiya hakimiyyətini bugünkü Ukraynanın rusdilli əhalisinin yaşadığı rayonları işğal etməyə məcbur etsin. Orada etirazçılar amerikan çevrilişindən sonra Kiyevdə bərqərar olmuş antirus hakimiyyətinə qarşı çıxış edirlər”.
“The Nation” yazır ki, gərginliyin güclənməsi yeni silahlanma yarışına səbəb ola bilər: “Obama isə özünün təxribat xarakterli bəyanatı ilə bu perspektivi daha da gücləndirir. Belə ki, o bildirib: “Bizim nüvə güclərimiz Rusiyanınkını çox geridə qoyub”.
İllinoys Universitetindən Rusiya üzrə mütəxəssis professor Frensis Boyl deyir ki, ABŞ və NATO Ukraynanın destabilləşməsinə və parçalanmasına çalışırlar ki, özlərinin NATO ilə bağlı məqsədlərinə çatsınlar və Rusiya yaxınlığındakı Ukrayna torpaqlarına girsinlər.
O qeyd edir ki, Birləşmiş Ştatlar çoxdandır, Ukraynanı NATO-ya bağlamağa çalışır”.
Qeyd edək ki, yazıda digər başqa ekspertlərin də bu səpkidən fikir və mövqeləri sitat gətirilir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info