Azərbaycanın xilaskarliq tarixi
Tarix: 12.05.2014 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


|

Ulu öndərimizin anadan olmasının 91-ci ildönümü tədbirlərini keçirdik. Yarım əsrə bərəbər bir dövrdə bütün çətinlik, sıxıntı, problem, ağrı-acılı nə varsa, hamısını abadlıq, rahatlıq, uğurlar və sevinclərlə əvəzləşdirməklə, milli dövlətçilik siyasətinin əsaslarını qoyan böyük Heydər Əliyev canı qədər çox sevdiyi Azərbaycanı qorudu, yaşatdı və inkişaf etdirdi. Təkcə müasir müstəqilliyimizin yaşadığımız iyirmi üç ilində deyil, hətta keçmiş SSRİ-nin də hakim olduğu 70 ilin on dörd ilində ölkəmiz bu siyasətdən yetərincə bəhrələnmiş və möhkəm dayaqlar üzərində öz inkişafını təmin edə bilmişdir.
Gənclərin təhsili, respublikanın hərtərəfli inkişafı istiqamətlərində ixtisaslı kadrlardan istifadənin yaxşılaşdırılması, insanların maddi-rifah hallarının yüksəldilməsi, sosial siyasətin əlverişliliyi və faydalılığı, uzaq gələcək üçün nəzərdə tutulmuş Dövlət proqramlarının qəbulu və icra mexanizminin müəyyənləşdirilməsi, iqtisadiyyatın bütün sahələrində dayanıqlı tərəqqiyə nail olunması, milli-mənəvi dəyərlərimizin qorunması, milli vətənpərvərlik tərbiyəsinin aşılanması və ruhunun yüksəldilməsi, bir sözlə, dövlət üçün, xalq üçün, millət üçün nə lazımdırsa, hamısını vaxtında, yerində və düzgün qərarlaşdırmaq, yerinə yetirmək və məhsuldar nəticələnməsini təmin etmək məhz Heydər Əliyev siyasətinin ən böyük nailiyyətlərindən biri oldu.
Ölkəmiz, xalqımız və dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlı 50 ilə yaxın bir dövrün bütün anlarında bir çox mərhələlərə görə bu tarixi şəxsiyyətə və Onun siyasətinə minnətdardır. Çünki, əvvəla bu bir həqiqətdir ki, indiki müstəqil Azərbyacanımız hərtərəfli inkişaf potensialını, siyasi nailiyyətlərini, iqtisadi yüksəlişini məhz 1969-1982-ci illərin uğurlu idarəetmə mexanizmindən götürməkdədir. Digər tərəfdən isə, XX əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin düçar olduğu erməni təcavüzü, uğradığı siyasi haqsızlıqlar və bunun nəticəsində üzləşdiyi iqtisadi tənəzzül sözün bütün mənalarında bu siyasətə minnətdarlıq hissini bir borc olaraq bizlərə təqdim etməkdədir. Bu bir tarixi həqiqətdir ki, Heydər Əliyev siyasəti xalqımızı yox olmaq təhlükəsindən, var olmaq gerçəkliyinə qədər gətirib çıxardı. Müstəqilliyimizə qarşı yönəlmiş 1994-cü il oktyabr, 1995-ci il mart hadisələrinin qarşısının məharətlə alınması həqiqətən xalqımızın məruz qala biləcəyi milli təhlükələrdən xilas olunması ilə nəticələndi. Təbii ki, 1994-cü ildən bərqərar olunan atəşkəs rejiminin də milli naliyyətlərimiz fonunda siyasi yüksəlişə gerçək zəmin yaratması hər birimizin ürəyimizcədir.
Artıq 2014-cü ilin möhtəşəm inkişaf mərhələlərini yaşamaqdayıq. Artıq keçən illər ərzində xalqımız açılan hər bir sabahı müharibə kölgəsində deyil, inkişaf və nailiyyətlərimizlə ifadə olunan Turizm, İdman, İKT və nəhayət Sənaye illərinin uğurları zirvəsində görməkdədir. Müqayisə etmək çox asandır. Ölkəmizin uçurumdan nailiyyətlərə qədər olan yolda atdığı hər bir addım yadımızdadır. Hər birimiz yaxşı bilir və dərk edirik ki, nicat yolumuzun bu siyasətdə olduğu kimi, bundan sonrakı nailiyyətlərimiz və xoşbəxt gələcəyimiz də onunla bağlıdır.
Beləliklə, 10 may ümummilli liderimiz Heydər Əliyevin ad, bizlərin isə şad günümüzdür. 91 ilin ömür kitabının hər səhifəsində müəyyən olunan başlıq Azərbaycan deyə yazılıb. Heydər Əliyevin özü böyük bir tarixdir. Elə, yaşadığı, fəaliyyət göstərdiyi bütün anlarda və zamanlarda da yenə də tarix yazdı. Dünənimizdən qürurla bəhs edən bu tarix, bugünümüzün iftixarından, gələcəyimizin isə tükənməz ümid və parlaqlığından ibarət küliyyatı özündə yaşatmaqdadır.




 
Müəllifin son yazıları

19.11.2014 Naxçıvan Muxtar Respublikasının iqtisadi yüksəlişində müasir innovativ inkişafın rolu
26.02.2014 “Xocalı od içindədir ”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info