“Avropanı seçsəniz münasibətlərə yenidən baxacağıq”
Tarix: 12.05.2014 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


“Növbəti dəfə Dnestryanı bölgəsinə Tu-160 bombardmançı təyyarələrlə gedəcəyəm”

“Əgər Moldova Avropa İttifaqı ilə assosiativ əməkdaşlıq haqında sazişi imzalasa, Rusiya bu dövlətlə münasibətlərinə yenidən baxacaq”. Bu sözlər Rusiya baş nazirinin müavini Dmitri Roqozinə məxsusdur. Qeyd edək ki, Roqozin həm də Rusiya prezidentinin Dnestryanı münaqişə üzrə xüsusi nümayəndəsidir. Roqozin rəsmi Kişinyova xəbərdarlıq edərək bildirib ki, Rusiya-Moldova münasibətləri daha, əvvəlki kimi
olmayacaq:

“Daha, əvvəlki kimi münasibətlərimiz olmayacaq. Mən qəti şəkildə əminəm ki, Avropa İttifaqı ilə imzalanacaq assosiativ əməkdaşlıq haqqında saziş Moldovanın neytral statusunun dəyişdirilməsi deməkdir. Müəyyən qaydalar var ki, onu NATO üzvləri yaxşı bilir. Avropa İttifaqına üzv olmaq üçün mütləq NATO-ya üzv olmaq lazımdır. Bu qayda Moldova üçün də keçərlidir. Ona görə də Avropa İttifaqı ilə assosiativ əməkdaşlıq haqqında saziş imzalamaq NATO-nun qapısını döymək deməkdir. Moldova Avropa İttifaqı ilə assosiativ əməkdaşlıq haqqında saziş imzalasa, mən iqtisadi münasibətlərə yenidən baxılmasında israr edəcəyəm. Moldovanın Avropa İttifaqı ilə əməkdaşlığa cəlb edilməsi iqtisadi deyil, siyasi maraqlarla bağlıdır. Bu, sırf siyasi addımdır, başqasının dəstəsinə yazılmaq, neytral statusunu itirməkdir. Ölkəni sakitcə NATO-ya aparmaq istəyirlər. Bizim üçün Avropa İttifaqı da, NATO da yad blokdur. Moldova bu bloka qoşulmaq istəyirsə, bu, bizim qərarımız deyil. Biz buna reaksiya verməyə məcburuq. Həm Dnestryanı, həm də iqtisadi məsələlərlə bağlı reaksiya verməyə borcluyuq”. Qeyd edək ki, Dmitriy Roqozin, mədəniyyət naziri Vladimir Medinski və Dövlət Dumasının bir neçə üzvündən ibarət nümayəndə heyəti mayın 9-da qondarma Dnestryanı respublikasına səfər edib. Göyərtəsində nümayəndə heyətinin olduğu təyyarəyə Ukraynanın və Rumıniyanın hava məkanlarına daxil olmağa icazə verilməyib və təyyarə Kişinyovda eniş etməyə məcbur olub. Nümayəndə heyəti Moskvaya adi reys təyyarəsi ilə dönüb. Səfərdən qayıdandan sonra Roqozin bildirmişdi ki, Rumnıya da ABŞ-ın tələbinə uyğun olaraq hava məkanını açmaq istəməyib: “Növbəti dəfə Dnestryanı bölgəsinə Tu-160 bombardmançı təyyarələrlə gedəcəyəm”. Onu da qeyd edək ki, Moldova polisi həmin təyyarədən Dnestryanı separatçılarının bölgənin Rusiyaya birləşdirilməsinə dair müraciətinin və imzalarının olduğu sənədləri götürüb. Bu barədə “RİA Novosti”yə Rusiya Dövlət Dumasının deputatı Sergey Jiqaryov bildirib. “Moldova polisi bütün qanunlara zidd olaraq Rusiya hökumət təyyarəsinə daxil olaraq Dnestryanı əhalisinin topladığı imzaları götürüb”- deyə Jiqaryov bildirib. Onun sözlərinə görə, müraciətin və imzaların olduğu sənədlər 4 qutuda olub. Müraciətdə Dnestryanı bölgənin Rusiyaya birləşərək onun subyekti olmaq istəyi öz əksini tapıb. Deputatın sözlərinə görə, Dnestryanının, demək olar ki, bütün əhalisi qeyd olunan müraciətə imza atıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info