Valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyir
Tarix: 12.05.2014 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, 2013-cü ildə Azərbaycanda bütün iqtisadi parametrlər müsbət istiqamətdə dəyişib. Ötən il dövlət büdcəsinin icrası son on il ərzində iqtisadiyyatda baş verən dəyişikliklərin xarakteristikasını, iqtisadiyyatda yeni mərhələnin başlanmasını göstərir. Maliyyə nazirinin müavini Azər Bayramov 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında məlumat verib. Vurğulayıb ki, 2013-cü il dövlət büdcəsinin mədaxili 101,8 faiz, xərcləri isə 96,4 faiz yerinə yetirilib. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 19 159 milyon manat proqnoza qarşı 19 496,3 milyon manat və yaxud 101,8 faiz icra olunub. Bu da əvvəlki ilin icra göstəricisinə nisbətən 12,8 faiz çoxdur. Nazir müavini qeyd edib ki, ümumdaxili məhsulda (ÜDM) dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 33,8 faiz təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 2,2 faiz çoxdur. ÜDM-də 5,8 faiz, qeyri-neft sektorunda isə 10 faiz artım qeydə alınıb. 2013-cü ildə orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, əhalinin gəlirləri 6,6 faiz artaraq 4 min manata çatmışdır. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi 4,1 milyard dollar artaraq 50 milyard dolları ötüb. İqtisadiyyat və sənaye nazirinin müavinin Sevinc Həsənova ötən il makroiqtisadi göstəricilər, qeyri-neft sektorunun inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Azərbaycanda son vaxtlarda iqtisadi sabitliyin bərqərar edildiyini deyən nazir müavini ötən il ölkədə inflyasiyanın 2,4 faiz səviyyəsində olduğunu diqqətə çatdırıb. Bildirib ki, valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. 2003-2013-cü illərdə ölkədə orta iqtisadi artım 12,7 faiz təşkil edib. Ölkədə işsizliyin səviyyəsinin azaldılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini deyən nazir müavini qeyd edib ki, Azərbaycan bu göstəricilərinə görə dünyada 37-ci yeri tutur. Milli Məclisin deputatı Vahid Əhmədov dövlət büdcəsindən iri layihələrə kifayət qədər vəsait ayrıldığını qeyd edərək buna nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, bunun üçün “Maliyyə nəzarəti haqqında” qanun qəbul edilməsi təklifini irəli sürüb. Müzakirələr zamanı qeyd olunmuşdur ki, 2013-cü ilin dövlət büdcəsinin əsas göstəriciləri, məqsəd və vəzifələri uğurla icra olunub. Daha sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” ,“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişiklik edilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında”, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanunların ləğv edilməsi barədə qanun layihələri müzakirə edilib. Eyni zamanda, “Akkreditasiyanın uyğunluğu haqqında” qanunun layihəsi (üçüncü oxunuşda) müzakirə olunub. Müzakirə olunan bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Rasim




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
16.01.2019
VTB (Azərbaycan) “MİDA” mənzillərini əldə etmək üçün güzəştli ipoteka krediti təklif edir
16.01.2019
Aİ və Dünya Bankı “Şərq Tərəfdaşlığı“ ölkələrinin infrastrukturunu inkişaf etdirəcəklər
15.01.2019
Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
15.01.2019
Struktur islahatları idarəetməni daha çevik edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info