Təqdim edilən layihələrin 55-i internetin inkişafı ilə bağlıdır
Tarix: 13.05.2014 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Müşahidə Şurasının növbəti iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda birinci qrant müsabiqəsinin cari vəziyyəti və müvəkkil kredit təşkilatlarının kredit xəttinin açılması məsələləri müzakirə olunub.
Tədbirdə fondun icraçı direktoru Elçin Zeynalov bildirib ki, artıq qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu başa çatıb. Fonda 193 layihə daxil olub, onların əksəriyyəti elektron formada təqdim edilib. Təqdim edilən layihələrin 55-i informasiya-kommunikasiya texnologiyaları (İKT) xidmətlərinin genişləndirilməsi və internetin inkişafı ilə bağlı olub, 26-sı innovativ İKT məhsullarının nümunələrinin hazırlanması, 41-i innovativ infrastrukturun, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması layihələri, 22-si müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması, 43-ü mütərəqqi proqram təminatının hazırlanması, 6-sı qarışıq sahələr üzrə layihələrdir. Qarışıq layihələrdə bütün qeyd edilən sahələrdən elementlər mövcuddur. E. Zeynalov bildirib ki, fond mayın sonunadək layihələrin ilkin ekspertizasını keçirəcək və yekun qərarın verilməsi üçün Müşahidə Şurasına təqdim edəcək.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib
23.04.2019
“Formula-1” Azərbaycan Qran-prisi telekommunikasiya xidmətləri ilə tam təchiz edilib
23.04.2019
Builki yarış “Formula 1 SOCAR Azərbaycan Qran-Prisi-2019” adı altında keçiriləcək
23.04.2019
İTV-nin Yayım Şurasına yeni üzvlər seçildi
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info