Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş sərgi açılıb
Tarix: 13.05.2014 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının (MR) yaradılmasının 90 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Sərgi Prezidentin “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 yanvar tarixli sərəncamına əsasən reallaşdırılıb.
Hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Naxçıvanın qədim dövlətçilik tarixindən, müasir inkişaf strategiyasından danışıb və bu yubiley tədbirlərinin keçirilməsini yüksək qiymətləndirib. Bildirilib ki, Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilib. Bu, mühüm tarixi hadisə idi. Lakin Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmayıb. Beynəlxalq Qars müqaviləsi 1921-ci ildə imzalansa da, Naxçıvana 3 il sonra, 1924-cü ildə muxtariyyət statusu verilib. Naxçıvanın muxtariyyəti çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində əldə olunub.
Naxçıvana muxtariyyətin verilməsinin tarixi zərurət olduğunu söyləyən V.Əliyev deyib ki, 1919-cu ildə Zəngəzur mahalı Ermənistana ilhaq ediləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunmuşdu. Regionda marağı olan böyük dövlətlər İrəvan və Zəngəzur kimi, Naxçıvanı da ermənilərə güzəştə getmək istəyirdilər. Belə bir gərgin məqamda erməni silahlıları yerli azərbaycanlı əhalini qorxu içərisində saxlayır, qırğın törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasi və diplomatik təzyiqi, nə aclıq, nə də ermənilərin aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra, onların Azərbaycan ilə bir olmaq istəyinin qarşısını ala bilməyib. Vaqif Əliyev deyib: “Naxçıvanın bugünkü inkişaf səviyyəsinə çatması ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ona görə ki, Naxçıvan Azərbaycan xalqına dünya şöhrətli şəxsiyyət, ulu öndər Heydər Əliyevi bəxş edib. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərib”.
Ümummilli liderin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycanda, eləcə də Naxçıvanda həyata keçirilən mühüm layihələrdən söz açan V.Əliyev deyibdir ki, bu gün ulu öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanı, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını da yaşadır və inkişaf etdirir”.
Vurğulanıb ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublikasının inkişafının 2003-cü ildən sonrakı dövrü ümummilli liderimiz Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün daha bir əyani ifadəsidir. Bu xəttin davam etdirilməsi blokada şəraitində yaşayan Naxçıvan MR-də dinamik inkişafı təmin edib.
Naxçıvanın günbəgün gözəlləşməsindən, müasirləşməsindən geniş söz açan mədəniyyət və turizm nazirinin birinci müavini deyib ki, artıq bu diyarda dövlət və hökumət başçılarının görüşləri təşkil olunur, mühüm konfranslar, forumlar keçirilir. Xüsusi olaraq diqqətə çatdırılıb ki, 2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi böyük bir missiyanı yerinə yetirəcək. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri əvəzi Bəxtiyar Əsgərov çıxış edərək muxtar respublikada son illərdə aparılmış tikinti-quruculuq işlərindən, qazanılmış nailiyyətlərdən, elmi-mədəni, sosial-iqtisadi inkişafdan, MR-in müdafiə qüdrətindən geniş bəhs edib, sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan Naxçıvan MR-in 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər bu qədim diyarın tarixinin öyrənilməsi, müasir inkişafının təbliği baxımından olduqca əhəmiyyətlidir.
Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olublar. Sərgidə Naxçıvan MR-in tarixini, görkəmli şəxsiyyətlərini, rəsmi dövlət tədbirlərini, maddi-mədəniyyət abidələrini, ədəbi mühitini, iqtisadi-sosial inkişafını əks etdirən tarixi sənədlər, fotoşəkillər nümayiş olunub. Sərgi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Cavidan






 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info