Kanadada Respublika günü ilə bağlı tədbir keçirilib
Tarix: 13.05.2014 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


2014-cü il mayın 10-da Kanadanın Ontario əyalətinin London şəhərində səfirliyin dəstəyi ilə 28 May - Respublika günü münasibətilə Londonda fəaliyyət göstərən "Azəri-Türk Kanada Assosiasiyası" tərəfindən tədbir təşkil edilib.
Azərbaycanın Kanadadakı səfirliyinin yaydığı məlumata görə, Kanadanın elm və texnologiya üzrə dövlət naziri Ed Holder, Kanada Parlamenti və Ontario əyaləti parlamentinin üzvləri, eləcə də London şəhər şurasının təmsilçisi tədbirə qatılan qonaqlar arasında olublar.
Tədbirin açılışında çıxış edən "Azəri-Türk Kanada Assosiasiyası"nın sədri Kəmalə Şiriyeva rəhbərlik etdiyi təşkilat barədə qonaqlara məlumat verib və tədbirə qatılan yüksək səviyyəli qonaqlara təşəkkürünü ifadə edib. Assosiasiyanın gənclər bölməsinin sədri Səbinə Əzizli isə Azərbaycan Demokratik Respublikasının tarixi barədə təqdimatla çıxış edib.
Daha sonra tədbirə qatılan Kanadanın dövlət naziri və millət vəkilləri çıxış edərək, Azərbaycan icması və xalqını Respublika günü münasibətilə təbrik ediblər.
London şəhər şurasının üzvü isə London şəhərinin meri Co Fontananın (Joe Fontana) Londonun Azərbaycan icmasına təbrik məktubunu təqdim edib.
Daha sonra Azərbaycanın Kanadadakı səfirliyinin təmsilçisi çıxış edərək, may ayının 10-nun Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü olduğunu vurğulayıb, Azərbaycan Demokratik Respublikasının yaranmasının tarixi əhəmiyyətindən, müstəqilliyin bərpasından keçən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yolundan, ölkəmizin son on ildə əldə etdiyi nailiyyətlər, o cümlədən iqtisadi inkişaf, yoxsulluğun azaldılması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, terrorizmə qarşı müharibədə iştirakı, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyi barədə danışmış, eləcə də Kanada-Azərbaycan əlaqələrinin hazırkı durumu və perspektivləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirin sonunda qonaqlar üçün mədəni proqram təşkil edilib, Azərbaycan musiqisi və rəqsləri nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info