Putin ATƏT-in Ukrayna üzrə “yol xəritəsini” dəstəkləyib
Tarix: 13.05.2014 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Rusiya prezidenti Vladimir Putin ATƏT-in Ukraynada siyasi böhranın nizamlanması üzrə təklif etdiyi “yol xəritəsini” dəstəkləyib. France-Presse agentliyinin verdiyi məlumata görə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı mənbə belə deyib.
“ATƏT-in sədri Didye Burkhalter Vladimir Putin ilə telefon bağlantısından sonra bildirib ki, Rusiya ATƏT-in Ukrayna üzrə planlarını və nizamlanma prosesindəki iştirakını dəstəkləyir” – deyə mənbə qeyd edib.
Qeyd edək ki, mayın 12-də ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının xarici işlər naziri Didye Burkhalter və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Xatırladaq ki, mayın əvvəlində ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter Ukrayna böhranının nizama salınması ilə bağlı “Yol xəritəsi”ni təklif edib. “Yol xəritəsi”nə döyüş əməliyyatlarının dayandırılması, gərginliyin azaldılması, geniş milli dialoqun başlanması, ölkədə prezident seçkilərinin keçirilməsi və s. daxildir. D.Burkhalter ATƏT-in “Yol xəritəsi”nin reallaşdırılmasında aparıcı rolu üzərinə götürməyə hazır olduğunu da bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada
18.07.2019
Ermənistanın İcevan bölgəsindəki gərginlik davam edir
18.07.2019
Россия готова поставить Турции истребители Су-35
18.07.2019
Hansı daha üstündür: F-35, yoxsa Su-57?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info