Mehriban Əliyeva “Kübele” fəxri mükafatı ilə təltif olunub
Tarix: 13.05.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türk-Alman Dostluq Federasiyası idarə heyətinin qərarı ilə fəxri mükafata layiq görülüb. Bu barədə federasiyadan məlumat verilib. Alman-Türk Dostluq Federasiyası tərəfindən təsis olunan və qədim yunan ilahələrindən “Kübele”nin adını daşıyan mükafat müxtəlif nominasiyalar üzrə tanınmış simalara təqdim olunur. İndiyədək federasiyanın mükafatlarına bir sıra nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər, iqtisadçılar, mədəniyyət işçiləri, məhşur idmançılar layiq görülüblər. Laureatlar arasında Almaniya kansleri Angela Merkel, AFR-in mərhum prezidenti Yohannes Rau, Almaniya parlamentinin sabiq sədri Rita Süzmut, Yaşıllar Partiyasının keçmiş sədri Klaudia Rot, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl, Bavariya Federal torpağının keçmiş baş naziri Qünter Bekştayn, məşhur şoumen və teleaparıcı Ştefan Rab və başqaları olub.
Sayca 12-ci olan mükafatlandırma mərasimi 10 may 2014-cü ildə Almaniyanın Bavariya federal torpağının parlamentində keçirilib. Tədbiri giriş nitqi ilə Bavariya federal torpağının parlamentinin sədr müavini xanım İnqe Laures açıb. Türk-Alman Federasiyasnın prezidenti Cihan Sendan bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dünyada sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə təşkilatın fəxri mükafatına layiq görülüb. Mükafatı Mehriban Əliyevanın adından Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qəbul edib.
P.Şahbazov çıxışında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından Türk-Alman Dostluq Federasiyasına bu yüksək mükafata görə minnətdarlığını bildirib və Federasiya rəhbərliyini ölkəmizə səfərə dəvət edib. Səfir siyasi-iqtisadi sahədəki uğurları ilə yanaşı, zəngin tarixi keçmişi, mədəniyyəti, musiqisi, incəsənəti və nəhayət tolerantlığı ilə Azərbaycanın indi bütün dünyada tanındığını və haqlı olaraq xalqımızın bu nailiyyətləri və keyfiyyətləri ilə qürur duyduğunu vurğulayıb. O bildirib ki, dünyada ölkəmizin bu xüsusiyyətlərinin tanıdılmasında, eyni zamanda mənsub olduğumuz ümumtürk dəyərlərinin Avropada, o cümlədən Almaniyada təbliğ olunmasında Azərbaycanın birinci xanımının müstəsna xidmətləri olub. Bu baxımdan Türk-Alman Federasiyası tərəfindən bu yüksək mükafata layiq görülmək onun əməyinə, Avropa və Almaniyada göstərdiyi çoxşaxəli xeyriyyəçilik fəaliyyətinə verilən qiymətdir.
Səfir Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Almaniyada həyata keçirdiyi fəaliyyətini qeyd edib, Berlində müasir incəsənət sərgisi “Fly to Baku”, Münhen, Köln, Ştutqart və Hamburq şəhərlərində Azərbaycan mədəniyyət axşamlarının yüksək səviyyədə baş tutduğunu bildirib. Heydər Əliyev Fondu dünyada Azərbaycan mədəniyyətini təbliğ etməklə yanaşı, bəşəriyyətin tarixi-mədəni, dini abidələrinin qorunmasına, bərpasına da öz dəstəyini əsirgəmir. Buraya Avropadakı, o cümlədən Almaniyadakı ümumbəşəri əhəmiyyətə malik abidələr də daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info