Bakıda yeni Gənclər Evi istifadəyə verildi
Tarix: 13.05.2014 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Bu gün Sabunçu rayonunda yeni Gənclər Evinin açılış mərasimi keçirilİb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmiş Gənclər Evinin açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Sabunçu rayonunun icra başçısı Adil Vəliyev və digər rəsmilər iştirak edib.
A.Rəhimov qeyd edib ki, sayca 28-ci olan Sabunçu Gənclər Evində gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün hər bir şərait yaradılıb: "Trenajor, fitnes zalları, kompüter otaqları, bir sözlə ən rahat şərait. Sadəcə, gənclərimizin daha aktiv və yaradıcı olmaları yetərlidir. Təbii ki, bu, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir."
Qeyd edək ki, obyektin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində 0.1250 ha torpaq sahəsi ayrılmışdı. Tikinti işlərinə 2012-ci ilin sonunda başlanılmışdı. Gənclər evinin tikinti altı sahəsi 612 m2, ümumi sahəsi 1715,87 m2, yaşıllaşdırma işləri 70 m2, səki və asfalt örtüyü 568m2 təşkil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info