Prezident təqaüdçüsü gənclərin I Forumu keçirilib
Tarix: 13.05.2014 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tələbələrin şəbəkələşməsi və onların dövlət gənclər siyasətinə öz töhfələrini verməsini stimullaşdırmaq üçün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə "Prezident təqaüdçüsü gənclərin I Forumu"nu keçirib.
Forumun əsas məqsədi prezident təqaüdçüsü gənclərin təhsildəki rolunu müzakirə etmək, onların təhsil və dövlət gənclər siyasətində rollarını müəyyənləşdirməkdir.
Forumun açılışında ATGTİ-nin sədri Şahin İsmayılov, Gənclər və İdman nazirliyinin tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev və Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov iştirak edib.
Forumda I, II, III, və IV kurs tələbələri olan və Prezident təqaüdlərini saxlayan 100-dən çox tələbə iştirak edib.
Forumda müxtəlif təhsil müəssisələrində təhsil alan tələbələr iki panel ətrafında müzakirə aparıblar. Birinci panelə Azərbaycan Dillər Universitetinin dekanı Əfqan Abdullayev, ikinci panelə isə ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdi moderatorluq edirdi. Forumun birinci mərhələsində ayrılıqda aparılan müzakirələrin nəticələri, ikinci mərhələdə ümumiləşdirilib və Prezident Təqaüdçüsü Gənclərin I Forumunun yekun nəticələri qəbul olunub.
Forumun nəticəsi olaraq tələbələr ATGTİ çərçivəsində Prezident Təqaüdçüsü Gənclərin klubunun yaradılması üçün 7 müxtəlif təhsil müəssisəsindən olan 7 tələbədən ibarət işçi qrup yaradılıb. Forum tərəfindən işçi qrupun qarşısına gələn il "Prezident Təqaüdçüsü Gənclərin II Forumu"nun keçirilməsi və müvafiq işlərin görülməsi kimi məsələlər vəzifə kimi qoyulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info