Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan olunur?
Tarix: 13.05.2014 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov Ədliyyə Nazirliyi qarşısında Kommunist Partiyasının fəaliyyətinin qadağan olunması barədə məsələ qaldıracaq. UNİAN agentliyinin verdiyi məlumata görə, A. Turçinov parlamentin bu gün keçirilən iclasında KP-nin ölkədə separatçılar və terrorçularla əlaqəsinin araşdırılması və partiyanın fəaliyyətinin qadağan olunması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyini açıqlayıb.
A. Turçinov Donetsk vilayətinin Mariupol şəhərində baş vermiş hadisələrlə bağlı parlamentdə çıxış edən Ukrayna Kommunist Partiyasının lideri Pyotr Simonenkonun sözünü kəsib: “Simonenko Rusiya kütləvi informasiya vasitələrinin yaydığı yalanları təkrarlayır. Mən Ədliyyə Nazirliyindən xahiş edərdim ki, bu məsələyə baxsın və Kommunist Partiyasının separatçılar və terrorçularla əlaqəsinə dair sübutlar varsa, bu partiyanın fəaliyyətinin qadağan olunması üçün materialları məhkəməyə təqdim etsin”.
Qeyd edək ki, Ukrayna Kommunist Partiyasının Donetsk və Luqansk vilayətlərindəki yerli təşkilatları separatçılara fəal dəstək verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan edib
22.05.2019
Elmar Məmmədyarov BMT-nin yeni rezident nümayəndəsi ilə görüşüb
22.05.2019
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir
22.05.2019
Əli Kərimlinin radikal arzuları ürəyində qalacaq
22.05.2019
Diaspor rəhbəri Misirin dövlət televiziya kanalının qonağı olub - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info