Sağlamlıq imkanları məhdud gənclərə qayğı artır
Tarix: 13.05.2014 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin mənalı asudə vaxtının təşkili istiqamətində müvafiq tədbirlər keçirilir. Belə tədbirlərdən biri kimi, mərkəzdə ictimaiyyət nümayəndələri, tanınmış xanəndələr və müğənnilərlə görüş keçirilib.
Mərkəzdə xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompyuter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s. üzrə peşə hazırlığı kursları təşkil edilir. Tədbir iştirakçıları hazırda ölkənin müxtəlif bölgələrindən gəlmiş 95 nəfər əlilliyi olan şəxsin peşə təlimində olduğu mərkəzdə peşə hazırlığı işinin təşkili, habelə əlilliyi olan şəxslərə burada göstərilən xidmətlərlə yaxından tanış olublar. Həmçinin incəsənət nümayəndələri burada fəaliyyət göstərən ifaçılıq dərnəyinin üzvləri ilə həmsöhbət olub, onlara öz tövsiyələrini veriblər. Daha sonra əlilliyi olan şəxslər üçün xalq mahnıları və muğamlardan, görkəmli bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Mərkəzin ifaçılıq dərnəyinin üzvləri də öz istedadlarını nümayiş etdiriblər. Konsert proqramı çərçivəsində “Çağrı” adlı yeni klip təqdim olunub. Tədbir mərkəzin kollektivinə xoş təəssüratlar bəxş edib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info