Azərbaycan və Mərakeş arasında saziş imzalanıb
Tarix: 13.05.2014 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndə heyətinin Mərakeşə səfəri çərçivəsində Rabatda iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq barədə saziş imzalanıb.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, imzalanmadan əvvəl DGK-nın sədri Aydın Əliyev Mərakeş Krallığının Gömrük və Vergi Administrasiyasının baş direktoru Zuhr Şorgi ilə görüşüb. Görüşdə Mərakeş tərəfinə Azərbaycan iqtisadiyyatı və vergi islahatları barədə məlumat verilib. Komitə sədri ölkəmizdə gömrük xidmətinin inkişafından, beynəlxalq əməkdaşlığın genişləndirilməsindən, istər qanunvericilik bazasının möhkəmləndirilməsində, büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışıb, xüsusilə maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
O bildirib ki, Dünya Gömrük Təşkilatı ilə əməkdaşlığın gücləndirilməsi, Azərbaycan gömrüyünün modernləşdirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılması prioritet məsələlərdir. Bu istiqamətdə Azərbaycan Mərakeş ilə əməkdaşlığa böyük önəm verir.
Mərakeşin Gömrük və Vergi Administrasiyasının baş direktoru Z.Şorgi əməkdaşlıq sazişinin iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminlik ifadə edib. Bildirilib ki, sənədin imzalanmasından sonra qarşılıqlı səfərlər təşkil olunacaq, kadrların təcrübə mübadiləsi aparılacaq.
A.Əliyev Mərakeş Krallığının iqtisadiyyat və maliyyə naziri Əl-Əzəmi Əl İdrissi ilə də görüşüb. Görüşdə Azərbaycan-Mərakeş iqtisadi əlaqələrinin perspektivləri müzakirə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info