Qırğızıstanın Suriya problemi
Tarix: 14.05.2014 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Bu günlərdə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi üzvlərinin müşayiətilə Suriyada vuruşan iki qırğız vətəndaşı Bişkekə təslim edilib. Ölkənin kəşfiyyat xidmətlərinin məlumatına görə, hazırda Suriyada 70-dən artıq Qırğızıstan vətəndaşı var. Onlar bu ölkədə radikal qüvvələr tərəfində vuruşur. Maraqlısı odur ki, vətəndaş müharibəsinin tüğyan etdiyi bu Yaxın Şərq ölkəsində döyüşənlər arasında qırğız kişilərlə yanaşı, qırğız qızlarına da təsadüf edilir. Təsadüfi deyil ki, ölkəyə qaytarılan son iki qırğız vətəndaşının hər ikisi qızdır.
Aselin 24 yaşı var, namaz qılan dindardır. Şaxnurun isə cəmisi 17 yaşı var. Təhlükəsizlik Komitəsinin məlumatına görə, onlara Suriyada hərbi təlim keçirilib. Asel bildirir ki, Suriyaya internet vasitəsilə tanış olduğu naməlum gəncin çağırışından sonra gedib: “O, Suriyadan mənə müxtəlif fotolarını və cihad haqqında video-çarx göndərdi. Oradakı müsəlmanların hansı məhrumiyyətlərlə üzləşdiyini bildirdi. Bu videomateriallara baxdıqdan sonra getməyə qərar verdim. O, mənə bilet almaqda kömək etdi. Beləliklə, Türkiyədən keçməklə Suriyaya getdim. Çox təəssüf ki, sonralar mən aldanıldığımı və məndən istifadə etdiklərini başa düşdüm”.
Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsinin mətbuat katibi Rahat Sulaymanov "Azattyk"-a qızların geri qaytarılması barədə danışıb: “Biz qızların axtarışına onların valideynlərinin kömək üçün müraciətindən sonra başladıq və türk həmkarlarımızın köməyi ilə onları geri qaytara bildik. Qızlardan biri Suriyada cinsi köləliyə məruz qaldığını etiraf edib. İkincisi isə Suriyada, sadəcə olaraq, işlədiyini bildirir. Amma nə işləyib, tədqiqatdan sonra məlum olacaq”.
Sulaymanovun sözlərinə görə, son vaxtlar onlarla qırğız vətəndaşı Suriyadan vətənə qaytarılıb. Qaytarılanların əksəriyyəti Qırğızıstanın cənub rayonlarının sakinləridirlər. Təkcə Qırğızıstanın mədən şəhəri olan Kızıl-Kiinin Suriyaya gedən 45-ə yaxın sakinindən yarıdan çoxu geri qaytarılıb. Gedənlərin bəziləri cihad ideyaları uğrunda vuruşmağa getdiklərini bildirsələr də, bir çoxu pul qazanmaq, öz həyatlarını yaxşılaşdırmaq ümidi ilə gedənlərdir.
Ölkənin müfti müavini Ravşan Hacı Erat da Suriyanı tərk edənlərin əksəriyyətinin “sərvət axtarışı”nda oluqlarını dilə gətirib: “Gedənlərin əksəriyyətinin din haqqında mükəmməl biliyi yoxdur. Bunlar əsasən pul qazanmaq ümidi ilə gedən gənclərdir. Mən özüm belə gənclərlə söhbətimdə bildirmişəm ki, Suriyada heç bir cihad yoxdur, orada, sadəcə olaraq, siyasi oyunlar həyata keçirilir”.
Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, hazırda Suriyadan qaytarılmış və ölkə ərazisində terror aktları törətməyə cəhd etməkdə şübhəli bilinən 25-dən artıq vətəndaş həbsdə saxlanılır.
Ekspertlərə görə, əgər Qırğızıstan hakimiyyəti əks-tədbirlər görməsə, ölkə gələcəkdə milli təhlükəsizlik məsələlərində ciddi problemlərlə üzləşə bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info