Sahibkarların 17 faizini qadınlar təşkil edir
Tarix: 14.05.2014 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


“Azərbaycanda ilbəil qadın sahibkarların sayı artır. Artıq ümumi sahibkarlığın 17%-ni qadın sahibkarlar təşkil edir”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova deyib. O bildirib ki, bu gün qadınlar arasında böyük bizneslə məşğul olanların sayı az olsa da, kiçik bizneslə məşğul olanlar çoxluq təşkil edir: “Elə biz də qadınları daha çox kiçik sahibkarlığa cəlb edirik.
Bunu etməkdə əsas məqsəd ailədə, cəmiyyətdə qadınları iqtisadi cəhətdən gücləndirməkdir. Sabirabad rayonunda artıq ikinci ildir ki, maraqlı layihə həyata keçiririk. Layihədə evdar qadınlar kiçik sahibkarlığa cəlb olunur. Eyni zamanda o rayonda Qadın Resurs Mərkəzi də yaradılıb. Həmin mərkəzdə təşəbbüs göstərən evdar qadınlara kiçik biznesə qatılmaq uğrunda seminarlar, treninqlər təşkil olunur. Bu gün artıq orada 9 qadın kiçik biznesə qatılıb”. Komitə rəsmisi qeyd edib ki, bu layihəni başqa rayonlarda da həyata keçirəcəklər: “Bu pilot layihə idi. Başqa rayonlarda da həmin Qadın Resurs mərkəzlərini açmaq istəyirik. Düşünürük ki, həmin mərkəzlərin yaradılmasına ehtiyac var. Çünki bu təcrübə özünü doğrultdu”.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib
22.02.2019
“İşıq İnşaat” MTK-nın sakinləri onların rahatlığını pozan restoranın bağlanmasını tələb edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info