Gənclərin xaricdə təhsil almaları üçün sənəd qəbulu başlayır
Tarix: 14.05.2014 | Saat: 01:38:00 | E-mail | Çapa göndər


"2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2014-2015-ci tədris ili üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq istəyən gənclər üçün sənəd qəbulu başlayır.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov mətbuat konfransında bildirib ki, xarici ölkələrdə təhsil almaq üçün sənəd qəbulu mayın 20-dən avqustun 8-dək elektron qaydada aparılacaq. Bu barədə namizədlərə müsabiqədən keçmək üçün əlavə məlumatın veriləcəyini deyən C.Valehov qeyd edib ki, müsabiqədə iştirak edənlər elektron qaydada təqdim etdikləri sənədlərin əslini də Təhsil Nazirliyinə təqdim etməli olacaqlar: “Dövlət Proqramının təqaüdçüləri bakalavriat səviyyəsi üzrə təhsil almaq üçün 29, magistratura, doktorantura və rezidentura səviyyəsi üzrə isə 35 yaşadək olan Azərbaycan vətəndaşları sırasından seçilirlər. 2014-2015-ci tədris ilində dövlət proqramı çərçivəsində seçilən xaricdəki ali məktəblərinin birində təhsil almaları üçün qəbul üçün məktub alan gənc və hazırda təhsil alan iddiaçılar xaricdə təhsil almaq üçün sənədlərini təqdim edə bilərlər. Şəffaflığı təmin etmək məqsədilə xaricdə təhsil almaq iddiaçıların müsabiqəsində bu ildən başlayaraq, audio-video çəkiliş aparılacaq. Bununla da prosesin hansı qaydada şəffaf aparıldığı audio-video çəkilişlərlə təsdiq olunacaq”. Nazirlik rəsmisi rezidentura səviyyəsi üzrə bu ildən mövcud olacaq bəzi yenilikləri də açıqlayıb. Azərbaycanda tibb təhsili alan gənclərin çoxunun Almaniyada rezidentura təhsili almaq istədiyini deyən C. Valehovun sözlərinə görə, Almaniyada səhiyyə sahəsində qanunvericilikdə müəyyən dəyişikliklər olduğundan bu ölkədə rezidenturaya qəbul üçün də müəyyən dəyişikliklər var: “Almaniyanın səhiyyə qanunvericiliyində 1 aprel 2012-ci il tarixli dəyişikliklərlə əlaqədar həmin ölkədə dövlət proqramı çərçivəsində rezidentura səviyyəsi üzrə təhsil almaq üçün yalnız Almaniyada aprobasiya imtahanını müvəffəqiyyətlə vermiş, universitet klinikalarında işçi müqaviləsi imzalamış tələbələrin sənədləri qəbul ediləcək”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info