“Media ilə yaxşı və dostyana əlaqələrimiz Azərbaycan ilə Türkiyə arasındakı əlaqələri daha da gücləndirdi”
Tarix: 14.05.2014 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Müsahibimiz TRT AVAZ kanalının idarəçisi
Yüksəl Dəyərcandır.


- TRT Bakı təmsilçisi olduğunuz müddətdə hansı işləri
gördünüz?

- Təmsilçilik günlərim həqiqətən çox özəl günlər idi. Hər şeydən əvvəl getdiyiniz xarici ölkəni tanımalı və sevməlisiniz. Mən Azərbaycanı həm tanıyıram, həm də sevirəm. Buna görə də Azərbaycanda sevgi ilə çalışdım. İki ölkə insanı daha da yaxınlaşdırmaq üçün səy göstərdim. Minlərlə xəbər hazırladım. Azərbaycanın Türkiyəyə və dünyaya açılan pəncərəsi olduq. Deyərdim ki, Azərbaycanda quş uçsa xəbər halına çevirdim. Kədərini, sevincini, təbii gözəlliklərini, zənginliklərini, böyüməsini, inkişafını hazırladığım xəbərlərlə TRT-nin bütün kanallarına göndərdim.
Ayrıca, gördüyümüz işlər xəbərlə də yekunlaşmadı. Hazırladığımız çoxsaylı proqramla TRT XƏBƏR, TRT TÜRK və TRT AVAZ-da Azərbaycanın ən dəyər verdiyi mövzuları Türkiyəyə çatdırdım.
-Azərbaycan mediası haqqında təəssüratlarınızı bilmək istəyirik.
- Sənət dünyasını da unutmadıq. Sənətçilərimizi də “Azərbaycan Ulduzları” adlı proqramla TRT AVAZ tamaşaçılarına tanıtdıq. Media ilə yaxşı və dostyana əlaqələrimiz Azərbaycan ilə Türkiyə arasındakı əlaqələri daha da gücləndirdi.
Qəzetdə və televiziyada çalışan bir çox dostlarımızı TRT-də staja göndərdik və iki ölkənin media sektorundakı həssaslıqlarının daha da anlaşılmasını təmin etdik.
Ən vacib işlərimdən biri də hörmətli Prezident İlham Əliyev ilə hazırladığım müsahibədir. Bu mənim sənət həyatımdakı ən vacib hadisələrdən biridir. Yuxu kimi bir müsahibə idi. Əsla unutmaram.
Ayrıca, TRT-nin ən uğurlu proqramçılarını, film-serial komandalarını, musiqi qruplarını Azərbaycana gətirdik. “Gezelim Görelim” komandası Azərbaycanda iki veriliş hazırladı. “Akşam sefası” qrupu Azərbaycanda iki dəfə konsert verdi. “Varlı qız, kasıb oğlan” serialının komandası və “Avropa Avropa” serialının aktyorları Bakıya gəldi. Seriallarda Azərbaycanlı aktyorlar hələ də oynayırlar. Bəkir Dəvəli və komandası 8 bölüm Azərbaycanı dünyaya tanıtdı. Bu və bunun kimi onlarca iş hazırladıq. Heç birini unutmaram.
Azərbaycanın həyatımda vacib yeri var. Mənim Azərbaycana haqqım varsa, hamısı halal olsun. Azərbaycan da mənə haqqını halal etsin.
Azərbaycan mediası haqqındakı sualınıza gəldikdə isə Azərbaycan mediası mənim gördüyüm ən səmimi və ən istiqanlı mediadır. İşçiləri çox səmimi, dürüst və səviyyəlidir. Onları çox sevdim və onlarla hələ də görüşürəm.
-Azərbaycanda yaşadığınız müddətdə hansı mədəniyyət əlaqələri diqqətinizi cəlb etdi?
- Bildirdiyim kimi, Türkiyədən gətirdiyimiz TRT serialları, TRT proqramları Azərbaycana gəldi, Azərbaycandan sənət aləmini Türkiyəyə apardıq. Xəbər və proqramımızla Azərbaycan mədəniyyətini Türkiyəyə təqdim etdik.
-Bakıdan ayrıldıqda Türkiyəyə hansı hisslərlə qayıtdınız?
- Azərbaycan mənim ikinci Vətənimdir. Bir Vətənimdən ayrılıb, digər Vətənimə qayıtdım. Bir Vətəndən digər Vətənə dönüş necə bir hissdirsə, o hissləri yaşadım. Buradakı ən vacib xüsusiyyət övladlarımın yanına qayıtmağımdır. Bu baxımdan sevinərək Azərbaycandan ayrıldım. Bir səbəb isə Azərbaycandan yaxşı vəzifə ilə ayrıldım. İki vəzifəm var idi. Biri Xarici Efirlər İdarəsi sədr müavini, digəri TRT AVAZ kanal idarəçisidir. Buna görə çox xoşbəxtəm. Azərbaycanda gözəl bir iş gördüm və çox yaxşı dostlar qazandım.
-Hazırkı vəzifəniz haqqında nə deyə bilərsiniz?
- Hal-hazırda TRT AVAZ kanal idarəçisiyəm. TRT AVAZ 27 ölkə və 12 muxtar respublikaya yayımlanır. TRT AVAZ-da vacib dəyişikliklər aparılır. Xəbər proqramları, seriallar, mahnılar, sənədli filmlər və uşaq serialları ilə türk dünyasının ən vacib və tək kanalı TRT AVAZ-dır. Qısa zaman çərçivəsində TRT AVAZ Türk dünyasının ən vacib kanalı, ortaq coğrafiyamızın səsi olacaq. Mədəniyyətimizi, vacib dəyərlərimizi daha yaxşı tanıyacaq və bir-birimizə daha yaxın olacağıq.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info