“Ermənistan-Azərbaycan münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir”
Tarix: 14.05.2014 | Saat: 01:54:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən “Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumu”nda
çıxış edib.

E.Məmmədyarov bildirib ki, ərəb dövlətləri ilə tarixi, dini və mədəni bağlılığı olan bir ölkə kimi Azərbaycan Respublikası hər zaman Ərəb Dövlətləri Liqasının hər bir üzvü ilə möhkəm ticari, iqtisadi və siyasi sütunlara söykənən münasibətlərin inkişafına xüsusi önəm verib. Nazir deyib ki, ərəb dövlətləri ilə olan dostluq əlaqələri İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurası çərçivəsində mühüm və uzunmüddətli əməkdaşlıq üçün yol açıb: “Buna görə də məntiqlidir ki, Azərbaycan əvvəldən “Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya və Azərbaycan Forumu” təşəbbüsünü alqışlayıb və onun irəliləyişində fəal iştirak edib. Qətiyyətlə inanırıq ki, bu mexanizm bizim siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət edəcək və daha çox qarşılıqlı anlaşma, hörmət və dəstəyi təmin edəcək”. E. Məmmədyarov qeyd edib ki, Azərbaycan hər zaman İslam ümməti ilə onun kədər və problemlərini bölüşərək həmrəy olub. Nazir xatırladıb ki, Ermənistan Azərbaycan ərazilərini hərbi işğal altında saxlamaq və bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıtmasının qarşısını almaq üçün gücdən istifadəyə davam edir. E. Məmmədyarovun fikrincə, forum iqtisadi əlaqələrin inkişaf etdirilməsi və münasibətlərin iqtisadi təməlini möhkəmləndirə bilər. Qeyd edək ki, Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunda Ər-Riyad Bəyannaməsi qəbul olunub.
Bəyannamədə Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb. Eyni zamanda Bəyannamədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu və hər il onun himayəsi altında Bakıda keçirilən Humanitar Forumun əhəmiyyəti qeyd olunub.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info