Azərbaycanda Fransanın “Danone” brendi ilə məhsullar istehsal olunacaq
Tarix: 14.05.2014 | Saat: 02:04:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Fransa Respublikasının Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda olan Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında əməkdaşlığın uğurla davam etdiyini vurğulamış, yüksək səviyyəli səfərlərin, imzalanan sənədlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, Fransa Prezidentinin Azərbaycana səfəri mühüm hadisədir və siyasi əlaqələrin yüksək səviyyədə olması iş adamları arasında işgüzar əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.
Görüşdə ölkəmizdə beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyi, Azərbaycanın dünyanın 150-yə yaxın ölkəsi ilə ticarət əlaqələrinin olduğu diqqətə çatdırılıb.
Son illərdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiyini vurğulayan Şahin Mustafayev yaxın vaxtlarda Fransanın “Danone” brendi ilə Azərbaycanda da məhsullar istehsal olunacağını bildirib. Diqqətə çatdırılıb ki, ölkələrimizin regionları arasında, eləcə də heyvandarlıq, kənd təsərrüfatı sahələrində əlaqələrin inkişafı üçün böyük potensial var.
Azərbaycanın regionlarında görülən işlər barədə məlumat verən Şahin Mustafayev bu istiqamətdə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan və Fransada şərabçılıq festivallarının keçirildiyi qeyd edilib, festivalların formatının daha da genişləndirilə biləcəyi deyilib.
Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və mövcud iqtisadi potensialın əməkdaşlığın daha da genişləndirilməsinə böyük imkan yaratdığını qeyd edib.
Görüşdə iştirak edən fransalı qonaqlar Azərbaycanın əlverişli coğrafi mövqeyini vurğulayaraq, ölkəmizin tranzit potensialını yüksək qiymətləndiriblər. Həmçinin heyvandarlıq və şərabçılıq sahələrində Fransa təcrübəsinin Azərbaycanda tətbiqinə dair fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info