Türkiyədə şaxta partlayışında 200-dən çox ölən var
Tarix: 14.05.2014 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Türkiyədə kömür şaxtasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 201 nəfərə çatıb, yüzlərlə insan isə dağıntılar altında qalıb. Bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Nazir qeyd edib ki, qəza vaxtı şaxtada 787 nəfər olub. Hələlik yalnız 363 şaxtaçı xilas edilib.
Daha əvvəl 166 nəfərin öldüyü bildirilirdi. Onların dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki partlayış növbə dəyişikliyi zamanı baş verib.
Qeyd edək ki, faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl şaxtalardan birində, yerin təxminən 2 km dərinliyində baş verib.
İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.
Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir. Hazırda xilasedicilər şaxtanı oksigenlə təmin edirlər.
Qeyd edək ki, Türkiyə Statistika İnstitutunun məlumatına görə, son dörd ayda ölkədə iş yerlərində bədbəxt hadisələr nəticəsində 1235 nəfər ölüb, onlardan 103-ü qadınlardır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Çində İkinci Dünya müharibəsindən qalan artilleriya mərmisi tapılıb
18.03.2019
Avstriyanın Zaltsburq şəhərində Novruz şənliyi keçirilib
17.03.2019
Beynəlxalq koalisiya Suriyaya zərbə endirdi
17.03.2019
İndoneziyanın Papua əyalətindəki seldə 50 nəfər həyatını itirdi
17.03.2019
Dünya niyə bu hadisəni törədənə terrorçu demədi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info