Gələn ildən gənc alimlər evlərlə təmin oluna bilər
Tarix: 14.05.2014 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Gələn ildən Azərbaycanda gənc alimlər evlə təmin oluna bilər. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib ki, gənc alimlərin evlə təmin olunması məsələsi hər zaman akademiyanı düşündürür. Onun sözlərinə görə, hazırda akademiya yataqxanasının yerində yeni 4 korpuslu bina inşa olunur: “Onların 2 korpusunda daha çox ehtiyacı olan gənc alimlərə yer ayrılacaq. Hazırda orada 12 və 13-cü mərtəbənin tikintisi gedir və hər hansı bir problem yoxdur. Bu binanın tikintisi aparılır və ilin sonuna kimi işlər yekunlaşması gözlənilir. Güman edirəm ki, gələn ildən gənc alimlər evlərlə təmin oluna bilər”. A.Əlizadə AMEA-nın “Gənclər şəhərciyi” layihəsinin Tədbirlər Planından çıxarılması barədə yayılan məlumatlara da münasibət bildirib. O qeyd edib ki, belə bir fikir yoxdur. AMEA prezidentinin sözlərinə görə, hazırda Bakı şəhər İcra Hakimiyyəti ilə birgə “Gənclər şəhərciyi”nin inşa olunması üçün sahə axtarılır: “Hazırda onun harada inşa olunacağı məlum deyil”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info