İsveçrə səfiri Ağcabədidə olub
Tarix: 14.05.2014 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Paskal Obişer Ağcabədi və Beyləqan rayonlarına səfər edib.
Məqsəd İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə bu ölkənin “HEKS-EPER” təşkilatının Azərbaycandakı nümayəndəliyinin həyata keçirdiyi “FARMS” (Heyvandarlıq məhsullarına və bazarlarına çıxışın təmin olunması) layihəsi ilə tanışlıqdan ibarət olub.
Səfər çərçivəsində səfir Paskal Obişer Ağcabədi və Beyləqan rayon icra hakimiyyətlərində görüşlər keçirib.
Görüşlərdə layihənin icrası, əldə olunan və gələcəkdə gözlənilən nəticələr, həmçinin kənd təsərrüfatının inkişafına dair müzakirələr aparılıb.
Səfir layihənin həyata keçirildiyi Ağcabədi rayonunun Minəxorlu, Gələbədin, Qiyaməddinli, Beyləqan rayonunun Milabad, Bünyadlı kəndlərində və peşə məktəbində görülən işlərlə yerində tanış olub.
Qeyd edək ki, “FARMS” layihəsinin birinci fazası 2010-2013-cü illərdə həyata keçirilib. Layihənin 2013-2016-cı illəri əhatə edən ikinci fazası hazırda Ağcabədi, Beyləqan, Ağdam, Bərdə və Tərtər rayonlarında icra olunur.
“FARMS” layihəsinin məqsədi aztəminatlı heyvandarlıq məhsulları istehsalçılarının lazımi resurslara (istehsal vasitələrinə, xidmət və bazara) çıxışlarının asanlaşdırılmasıdır. Layihə bazar sistemini diqqətdə saxlayaraq aztəminatlı fermerlərlə təsərrüfatlar, müəssisələr, emalçılar, ticarətçilər, xammal və xidmət təchizatçıları arasında qarşılıqlı əlaqəni dəstəkləyir. Layihə süd dəyər zənciri və ət dəyər zəncirinin inkişafı üzrə heyvanların sağlamlığı, (feldşer xidməti), heyvanların yemləndirilməsi (yonca, yem sexləri) və maliyyə mənbələrinə çıxış istiqamətlərində fəaliyyət göstərir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info