Narkomaniya mövzusunda elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb
Tarix: 14.05.2014 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


“Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı” İctimаi Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Gənclərin sağlamlığı naminə QHT və KİV-in birgə fəaliyyət proqramı” layihəsi davam edir. Belə ki, bu layihə çərçivəsində elan olunmuş müsabiqə başa çatıb. Məlum olduğu kimi müsabiqə mart ayında elan edilmişdi və mayın 10-dək davam etmişdi. Jurnalistlər arasında keçirilmiş bu müsabiqəyə təqdim edilmiş 15-dən artıq məqalə (15-ə yaxın qəzet və saytlarda dərc edilib) Azərbaycanda narkomaniya, onun fəsadları və ona qarşı aparılan mübarizəyə həsr olunmuşdu.
May ayının 10-da müsabiqənin nəticələri elan edilib. Bakı şəhərində təşkil olunmuş tədbirdə müsabiqənin qalibləri elan edilib, onlara diplom və mükafatlar təqdim edilib. Müsabiqənin qalibləri: I yer Siyavuş Əmirli- “Hafta-ichi.az” saytı, “Narkomaniya və ona qarşı elan olunan mübarizə” yazısı; II yer Əli Zülfüqaroğlu -“Avrasiya.net” saytı, “Narkotiklər - uçuruma aparan yol” yazısı; III yer Fuad Hüseynzadə (Əkbər Abıoğlu)- “Palitra” qəzeti, “Narkomaniyaya qarşı mübarizə gücləndirilir” yazısı.
“Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib ki, müsabiqənin nəticələrini gözlənildiyindən də uğurlu saymaq olar: “İlk dəfədir ki, ölkədə KİV nümayəndələri hər hansı bir mövzu ilə əlaqədar müsaqbiqədə belə fəallıq nümayiş etdirib və kifayət qədər maraqlı məqalələrlə çıxış ediblər. Müsabiqə həm narkomaniya kimi bir problemin ölkə ictimaiyyətinin diqqətini cəlb etmək, bu bəlaya qarşı mübarizəni artırmaq baxımından, həm də jurnalistlərin özlərinin bu mövzu üzrə ixtisaslaşması, gələcəkdə problemlə bağlı peşəkar jurnalistlərlərin yetişməsi baxımından mühüm bir hadisə oldu”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info