Hasilatın artırılması üçün yeni platformalar inşa edilir
Tarix: 14.05.2014 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağında hasilatın artırılması məqsədilə yeni-yeni platformalar inşa edilir, mövcud özüllər genişləndirilir, digər texniki tədbirlər həyata keçirilir.
ARDNŞ-ın mühüm struktur vahidlərindən olan “Neftqaztikinti” Tresti bu istiqamətdə bir sıra mühüm işlər görür. Trest “Günəşli” yatağındakı 13 saylı Dərin Dəniz Özülündə yenidənqurma işləri həyata keçirir. Yatağın ehtiyat imkanlarının daha böyük olduğu nəzərə alınaraq, neft-qaz hasilatını artırmaq məqsədilə özüldə əlavə 4 ədəd neft-kondensat quyusunun qazılması üçün ümumi uzunluğu 2040 metr olan müxtəlif diametrli qoruyucu və istiqamətləndirici borular quraşdırılıb. Özüldə yenidənqurma işlərinin cari ilin avqust ayında başa çatdırılacağı gözlənilir.
Trest tərəfindən “Günəşli” yatağında Qazlift Kompressor Stansiyasının tikintisi” obyektində də işlər uğurla davam etdirilir. Yataqdakı neft quyularının uzunmüddətli istismarını təmin etmək məqsədi daşıyan bu layihə çərçivəsində dayaq blokları və lövhələr hazırlanaraq quraşdırılıb, müxtəlif diametrli boruların tikintisi və avadanlıqların quraşdırılması işləri isə davam etdirilir. Qazlift Kompressor Stansiyasının 2014-cü ilin iyul ayında istismara verilməsi planlaşdırılır.
Bundan başqa, “Günəşli” yatağında quraşdırılması nəzərdə tutulan 7 saylı Dərin Dəniz Özülünün tikinti-quraşdırma işləri də “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info