Rufiz Qonaqov: “Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası regionların tarazlı inkişafını təmin edir”
Tarix: 14.05.2014 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər” layihəsi çərçivəsində növbəti tədbiri Quba şəhərində keçirilib.
BMAM-ın Mətbuat xidmətindən AZADİNFORM–a verilən məlumata görə, Quba rayon İcra hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyətinin təmsilçiləri, QHT və media rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abidov çıxış edərək bildirib ki, bu tədbirin Quba rayonunda da keçirilməsindən rayon rəhbərliyi olaraq məmnundurlar. “Adından da məlum olduğu kimi tədbir hamımız üçün çox böyük əhəmiyyət kəsb edən bir mövzunu əhatə edir. Əlbəttə ki, ölkəmizin inkişafına xidmət edən bütün proqram və layihələr hər birimiz üçün önəmlidir. Son dövrlərdə ölkəmizdə həyata keçirilə islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində Quba rayonunda da çox mühüm işlər görülmüş və görülməkdə də davam edir. Son iki il ərzində rayonumuzda sosial-iqtisadi, ictimai-siyasi sahədə böyük irəliləyişlərə nail olunmuşdur. 160 minə yaxın əhalisi olan Quba rayonunda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafını təmin etmək, insanların rifah halının yüksəldilməsi, gənclərin məşğulluğunun təmin olunması, turizmin inkişafı, kənd təsərrüfatının bütün sahələrinin genişləndirilməsi və digər sahələr diqqət mərkəzində saxlanmışdır. Bura yeni məktəblərin tikintisi, bir sıra kəndlərdə tibb məntəqələrinin yeni binalarla təmin olunması, uşaq bağçalarının yenidən qurulması, rayonun əksər idarə və müəssisələrinin yeni inzibati binalarla təchiz olunması, həmçinin böyük bir layihə olan su kanalizasiya sisteminin yenidən qurulması, eyni zamanda tikintisi hələ nəzərdə tutulan bir çox obyektlər də daxildir. Bu siyahını davam etdirmək də olar”.
Tədbirdə BMAM sədri, layihənin rəhbəri Rufiz Qonaqov geniş məruzə ilə çıxış edib. O bildirib ki, layihə Bakı şəhərində Yasamal və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə və Quba regionlarını əhatə edir. “Artıq Yasamal və Binəqədi rayonlarında, eləcə də Sumqayıt şəhərində ictimai müzakirələrimiz başa çatıb. Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası regionların tarazlı inkişafını təmin edir. Son tədbirimiz isə Gəncədə keçiriləcək. Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı verdiyi sərəncam görülən işlərin sürətlənməsinə və səmərəliliyinin artmasına zəmin yaratdı. Konsepsiyanın əhatə etdiyi bütün sahələr məhz bu yüksəlişə hesablanıb. Bu konsepsiya Azərbaycan dövlətinin yeni böyük uğurlarının başlanğıcıdır. Bütün sahələrlə yanaşı, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması bu konsepsiyada xüsusi əhəmiyyət daşıyır. Ölkə əhalisinin iş yerləri ilə təmin olunması üçün kompleks tədbirlər planı həyata keçirilir. Hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Belə ki, son illər ərzində Azərbaycanda işsizliyin və yoxsulluğun azaldılması istiqamətində əsaslı nailiyyətlər əldə edilmişdir. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının qəbulunun müvəffəqiyyətlə icra edilməsi nəticəsində 40 mindən artıq yeni müəssisə yaradılmış, 2003-cü ildən bu günədək Azərbaycanda 1 milyon 200 min iş yeri açılmışdır ki, onların 800 mindən çoxu daimi iş yeridir. Əgər 2003-cü ildə ölkəmizdə işsizliyin səviyyəsi 49% təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 5.2% səviyyəsinədək düşmüşdü”.
Sonra isə Quba rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Aynur Yəhyayeva çıxış edərək, İnkişaf konsepsiyası çərçivəsində Quba rayonunda görülmüş işlərdən və qarşıda həyata keçiriləcək fəaliyyətlərdən söz açıb. “Quba rayonunda son illər görülən abadlıq-quruculuq işləri ilə yanaşı rayon əhalisinin rifah halının yaxşılaşdırılmasında da irəliləyişlər qeydə alınıb. Yerli QHT-lərin fəaliyyətinin müsbət istiqamətdə aktivləşməsi və dövlətin göstərdiyi diqqət rayonun ictimai-siyasi palitrasında vətəndaş cəmiyyəti quruculuğunun möhkəmlənməsinə geniş perspektivlər açır”.
BMAM sədrinin müavini, layihənin eksperti Həbib Heydər isə çıxışında konsepsiyanın gənclərlə bağlı müddəalarına diqqət çəkib: “Yüksək rəqabət gücünə malik iqtisadiyyat, səmərəli dövlət tənzimləməsinə və yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin formalaşması, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi, insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması kimi başlıca vəzifələr bir daha sübut edir ki, yaxın gələcəkdə Azərbaycan dünyanın ən modern və qüdrətli dövlətlərindən birinə çevriləcək. Elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təmin edilməsi, “bilik iqtisadiyyatı”nın formalaşdırılması xüsusi istiqamət kimi təyin edilmişdir. Sözügedən müddəalar gənc elmi işçilərin iş səmərəliliyini artıracaq, gənclərin sosial müdafiəsini gücləndirməklə “beyin axını”nın qarşısını alacaqdır. “Beyin axını” ilə bağlı məsələ konsepsiyada qırmızı xətt kimi keçir. Orta təhsildə də “yaddaş məktəbi”ndən, “düşüncə, fikir məktəbi”nə keçidin əsasının qoyulması məhz İnkişaf Konsepsiyasında irəli sürülmüşdür. 12 illik təhsil sisteminə keçidlə yanaşı, məktəbdənkənar təlim proqramlarının hazırlanması təhsilin utilitarlığını yüksəldəcəkdir. 2015-2020-ci illər üçün gənclərimizin xaricdə təhsil alması ilə bağlı yeni Dövlət Proqramının qəbulu da nəzərdə tutulur. Quba şəhərinin də 2014-cü ildə Azərbaycanın Gənclər Paytaxtı seçilməsi özü region gənclərinin sosial həyatının aktivləşdirilməsi və səmərəli həyat fəaliyyətinin təşkili sarıdan dövlətimizin gənclər siyasətinin bir inikasıdır. Xüsusilə, şimal bölgəsinin iri şəhərlərindən biri kimi Qubanın bu statusu əldə etməsi həm bu il, həm də bundan sonrakı illərdə qubalı gənclərin üzərinə xüsusi vəzifələr və əlavə məsuliyyətlər qoyur. Bütövlükdə, sözsüz ki, Azərbaycanın inkişafı ilk növbədə Azərbaycan gəncinin inkişafından çox asılıdır. Bu həm də gənclərimizi öz təsirinə salan müxtəlif zərərli dini və siyasi cərəyanların fəaliyyətini çətinləşdirəcək. Dövlətimizin milli təhlükəsizliyi gənclərimizin milli dövlətçiliyə sahib çıxmasından keçir”.
Quba rayon Gənclər Mərkəzinin rəhbəri Rəxşəndə Bayramova çıxışında rayon gənclərinin sosial rifahı və onlar üçün yaradılan şəraitlə bağlı fikirlərini bildirib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövr ərzində hər il ölkənin bir rayon və ya şəhərinin “Azərbaycanın gənclər paytaxtı” elan edilməsi nəzərdə tutulub. Quba şəhəri də 2014-cü il üçün “Azərbaycanın gənclər paytaxtı” seçilib. Quba gənclərinin uğuru və sosial şəbəkələrdə yüksək aktivliyi bu qələbəni əldə etməyə imkan vermişdir. Mərkəzin də birbaşa iştirakı ilə cari ildə gəncləri maraqlandıran bir sıra silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”.
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək bildirib ki, konsepsiya kompleks şəkildə bütün istiqamət və sahələri əhatə edir: “Konsepsiyanın əsas müddəalarından biri də müasir təhsil sisteminin formalaşdırılması, gender bərabərliyinin təmin olunması və ailənin inkişaf etdirilməsi, gənclərin potensialının və idmanın inkişafı, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, ətraf mühitin qorunması və ekologiya məsələləridir. Vətəndaş cəmiyyəti ildən-il inkişaf edir. QHT-lərin, mətbuat vasitələrinin təkcə sayı deyil, keyfiyyəti də müsbət mənada sürətlə dəyişir. İdmana olan diqqət və qayğı, gənclərlə bağlı həyata keçirilən layihələr bütünlükdə cəmiyyətimizin inkişafına stimul verir. Bu da onu göstərir ki, yaxın gələcəkdə biz indiki inkişaf rəqəmlərinin daha da yüksələcəyini görəcəyik”.
Tədbirin sonunda şəhər ictimaiyyətinin nümayəndələri, QHT rəhbərləri media nümayəndələri və başqaları çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info