Bakıda AŞPA Daimi Komitəsinin iclası keçiriləcək
Tarix: 14.05.2014 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrliyi çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsi növbəti toplantısını may ayının 23-də Bakıda keçirəcək.
İclası AŞPA-nın sədri xanım Ann Brassör və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov açacaqlar. Toplantıda 47 üzv ölkəni təmsil edən 60-dan çox parlamentar AŞ NK-nin hazırkı sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla təşkilatın cari məsələləri və dünyada gedən aktual məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.
Daimi Komitənin iclasında Azərbaycanın təşkilatda sədrliyi dövrünü əhatə edən əsas prioritetləri və assambleya ilə Nazirlər Komitəsi arasında daimi siyasi dialoqu əhatə edən digər vacib məsələlər də müzakirə ediləcək. Eyni zamanda komitə üzvləri AŞPA-nın 23-27 iyun tarixlərində keçiriləcək yay sessiyasının gündəliyini hazırlayacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Prezident məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib”
21.01.2019
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezidentə müraciət edib
21.01.2019
Səməd Seyidov yenidən AŞ PA-nın vitse-prezidenti seçildi
21.01.2019
Özbəkistan telekanalı Azərbaycana dair geniş veriliş yayımlayıb
21.01.2019
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info