YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının hesabat-seçki konfransı keçirilib
Tarix: 15.05.2014 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında Rayon Partiya Təşkilatının Qadınlar Şurasının hesabat-seçki konfransı keçirildi. Konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və aparatın şöbə müdirləri, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və Rayon Partiya Təşkilatı Qadınlar Şurasının üzvləri iştirak etdilər. Tədbirdən öncə konfrans iştirakçıları YAP Binəqədi Rayon Təşkilatının önündə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov konfransın əlamətdar bir günə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə eyni zamana düşməsini qeyd etdi və rayon partiya təşkilatının Qadınlar Şurasının fəaliyyətindən danışdı. Sədr qeyd etdi ki, YAP Qadınlar Şurasının yaradılması da ulu öndərin adı ilə bağlıdır və bu gün ölkədə uğurlu bir qadın siyasəti həyata keçirilir.
Sonra tədbirdə hesabat məruzəsi ilə çıxış edən YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədri Məlahət İbrahimova ölkədə aparılan qadın siyasəti haqda danışdı. O, YAP sədrinin müavini, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətinin bütün qadınlara nümunə olduğunu vurğuladı.
Daha sonra çıxış edən HB Co. LTD şirkətinin əməkdaşı, həkim Nahidə Mahmudova, Binəqədi Rayonu Mərkəzi Mədəniyyət Evinin direktoru, Binəqədi qəsəbə ərazi ilk partiya təşkilatı Qadınlar Şurasının sədri Zivər Abbasova və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin şura üzvü Sitarə Cabbarlı Azərbaycanda qadına yüksək qiymət verildiyini, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətinin hər bir xanıma örnək olduğunu qeyd etdilər.
Sonra Qadınlar Şurasının yeni tərkibinin seçilməsi ilə əlaqədar məsələyə baxıldı. YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədri, sədr müavinləri, şuranın yeni tərkibi və İdarə Heyəti səsverməyə çıxarıldı. YAP Gənclər Birliyinin sədr müavini, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aytac Əliyeva səsvermə nəticəsində yekdilliklə Qadınlar Şurasına sədr seçildi. Eyni zamanda YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavinləri, İdarə Heyətinin tərkibi də səsvermə ilə seçildi.
Çıxış edən YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının yeni sədri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aytac Əliyeva göstərilən etimada görə minnətdarlığını bildirdi. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov konfransın əhəmiyyətli bir tarixə - Heydər Əliyevin anadan olmasının 91 illiyi və Heydər Əiliyev Fodunun 10 illik yubileyi ilə bir zamana təsadüf etməsinin əlamətdar bir hadisə olduğunu qeyd etdi. O, YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının yeni tərkibinin seçilməsinın vacib bir məsələ olduğunu bildirdi. Xaləddin İsgəndərov Prezident İlham Əliyevin, Milli Məclisin deputatı, birinci xanım Mehriban Əliyevanın fəaliyyətinin hər bir vətəndaşa örnək olduğunu qeyd etdi və yeni tərkibdə seçilmiş Qadınlar Şurasının üzvlərinin fəal olmalarının vacibliyini vurğuladı.
Sonda, YAP Respublika Qadınlar Şurasının konfransında Binəqədi rayonundan nümayəndələrin seçilməsi ilə əlaqədar təklif səsə qoyuldu və nümayəndələr seçildi.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info