Ramiz Xəlilov: “Muzeydə kitab, jurnal və şəkillərlə birgə 800-ə yaxın eksponat var”
Tarix: 15.05.2014 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Ulu öndər Heydər Əliyevə olan xalqın sevgisi onu neçə-neçə insanın qəlbində əbədi yaşadır. Təsadüfi deyil ki, bu gün əhali ümummilli liderin ölkənin müxtəlif bölgələrində yerləşən abidəsini, Heydər Əliyev Mərkəzlərini ziyarət etməklə ona olan hörmətini nümayiş etdirir. Heydər Əliyevə olan hörmət və ehtiramını qəlbində yaşadan belə vətəndaşlarımızdan biri də Ramiz Xəlilovdur.
Bakı şəhərinin Səbail rayon Bayıl qəsəbəsində yaşayan R.Xəlilov ulu öndərə olan hörmət və sevgisini əbədiləşdirmək üçün “Dədə Heydər” adlı muzey yaradıb. Artıq bir neçə müddətdir ki, fəaliyyət göstərən “Dədə Heydər” muzeyində kifayət qədər materiallar var. Muzeydə müxtəlif fotoşəkillər, rəssam işi portret, əldə toxunmuş xalçalar, büst, mini kitabxana öz əksini tapıb.

R.Xəlilov 1988-ci ildə Ermənistandan deportasiya olunduqdan sonra Bakıda məskunlaşıb. Fəhlə kimi əmək fəaliyyəti ilə məşğul olub. Muzeyə gəldikdə isə deyir ki, hələ uşaqlıqdan Heydər Əliyevə simpatiyam var idi: “ O, hələ 1982-ci ildə SSRİ Nazirlər Sovetinə I müavin olduqda biz buna çox sevindik. Bizim üçün çox ürəkaçan oldu. Atamın Heydər Əliyevə böyük hörməti var idi. Tarix belə gətirdi ki, 1993-cü ildə Heydər Əliyev yenidən xalqın tələbi ilə hakimiyyətə gəldi. Mən buna çox sevindim. Mən 1993-cü ildən sonra müxtəlif yerlərdə onun şəkillərini toplamağa başladım. Bu mənim vətəndaş kimi borcumdur. Özümü xoşbəxt hiss edirəm. Dost-tanışdan müxtəlif vəsaitlər toplamışam. Bilirlər ki, mən bu yolu tutmuşam”. Heydər Əliyevlə şəxsən görüşdüyünü deyən R.Xəlilovun sözlərinə görə, bu görüş 2001-ci ildə Milli Parkda tədbirdə olarkən baş tutub: “Mən və oğlum Heydər Əliyevlə görüşə nail olduq. Bu bizim üçün böyük xatirədir. Özümü xoşbəxt hiss edirəm ki, bu görüş mənə nəsib olub. Sonralar isə Prezident İlham Əliyevlə 3 dəfə görüşmək mənə nəsib oldu. İstərdim ki, muzey bundan da zəngin olsun. Muzeydə kitablar, jurnal və şəkillərlə birgə 800-ə yaxın eksponat var. Niyyətim odur ki, muzeyi genişləndirəm. Nəinki ölkədə, xaricdə yaşayanlar bilsinlər ki, belə muzeylərimiz var. Bir vətəndaş kimi bu mənim borcumdur”. Onu da qeyd edək ki, muzeydə Türkiyə və Azərbaycanın, YAP-ın bayrağı var. R.Xəlilov hər iki dövlətin bayrağının bir yerdə olmasının da önəmli olduğunu deyir.
Muzeydə olan eksponatlardan biri də içərisində Heydər Əliyev və İlham Əliyevin rəsmi olan saatdır. Muzey sahibinin sözlərinə görə, bu eksponat ona sərgidə verilib.
Muzeyə Heydər Əliyevin büstü, eləcə də rəsmi olan xalçalar hədiyyə olunub. Tədbirlərdə müxtəlif rəsmlər, kitablar hədiyyə edildiyini deyən muzeyin sahibi deyir ki, imkanı olsa muzeyi bir neçə dəfə böyüdər: “ Ömrüm nə qədər var, bu işi davam etdirəcəm və gələcək nəsillərə çatdıracağam. Bu muzeyi heç bir muzeyə köçürmək fikrim yoxdur. İmkan olsa böyük muzey edərəm. Bir çox vəsait üst-üstə qoyulub. Hələ 200-ə yaxın çərçivəyə salınacaq vəsait var. Hətta elə şəkillər var ki, heç yerdə rast gəlinmir. Muzeyin kitabxanasında müxtəlif xalqların dilində kitablar var. Muzey 10 il bundan öncə belə deyildi. Getdikcə zənginləşir. Arzum odur ki, layiqli şəkildə qoruyaq”.
R.Xəlilov bildirdi ki, muzeyə müxtəlif yerlərdən ziyarətçilər gəlir: “Rəssamlıq Akademiyasından gəlmişdilər. Fərdi qaydada muzeyə gəlirlər. Vəsaitlərdən istifadə etmək üçün müraciət edirlər. Qaytarmaq şərti ilə bu vəsaitləri verirəm.
Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə muzeydə tədbir keçirildi. Tədbirdə Səbail rayonundakı 163 nömrəli tam orta məktəbin şagird və müəllim kollektivi iştirak etdilər”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info