Qazaxıstan Rusiyaya qarşı sanksiyalardan narahatdır
Tarix: 15.05.2014 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


Qazaxıstan Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan narahatdır. Bu barədə dövlət rəsmilərinə istinad edən “Tengrinews.kz”ın müxbiri bildirib. “Bizim ən böyük ticarət tərəfdaşımız olan Rusiya Federasiyasına qarşı artan sanksiyalar bizim tərəfdən də narahatlıqla qarşılanır”. Bunları mərkəzi rabitə xidmətinin jurnalistlər üçün keçirdiyi brifinqdə Qazaxıstan Milli Bankının sədri Kayrat Kelimbetov bildirib. Rusiyanın ölkənin ən böyük ticarət tərəfdaşı olduğunu xatırladan sədr əlavə edib ki, Qazaxıstana idxal olunan malların 36 faizi Rusiya məhsuludur. Bundan əlavə, Qazaxıstanın ixrac etdiyi malların 7 faizi Rusiya bazarlarına göndərilir:
“Biz burada böyük kapital məxarici görürdük və bu il ehtimal edirik ki, Rusiyada iqtisadi artım sıfra bərabər olacaq. Əlbəttə ki, bu, bizim üçün yaxşı xəbər deyil, çünki, bizim iqtisadi əlaqələrimiz qarşılıqlıdır. İndi biz artıq ölkədəki iqtisadi artımı və inflyasiyanı necə tənzimləyəcəyimizi düşünürük”.
Xatırladaq ki, bu il martın 21-də ABŞ Rusiyanın Ukraynada apardığı siyasətə görə, bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. Sanksiya, əsasən, 27 Rusiya vətəndaşına və “Rusiya” bankına qarşı yönəlib. Cəza tədbirlərinin ikinci dalğası aprelin 28-də elan edilib. Budəfəki sanksiyalar prezident Vladimir Putinin yaxın ətrafından da yan keçməyib: Rusiyanın 17 rəsmi şəxsi “qara siyahı”ya əlavə edilib. Bu yaxınlarda isə məlum olub ki, Rusiya bankları və strukturlarına qarşı Amerikanın bir sıra ən böyük korporasiyaları- “Microsoft”, “Symantec”, “Oracle” və “Hewlett-Packard” da qoşula bilər. Bundan əlavə, Avropa Birliyi ölkələri tərəfindən Rusiyanın Ukrayna və Krımdakı mövqeyinə qarşı yeni sanksiyalar hazırlanır. Hazırlanan “qara siyahı”ya təxminən 15 rusiyalının və Krımda bazasını yaratmağa çalışan 5 şirkətin də adının əlavə ediləcəyi gözlənilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info