Forumda “intellektual” şəhər quruculuğu müzakirə edilib
Tarix: 15.05.2014 | Saat: 02:17:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasının Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) mənzil təsərrüfatı və daşınmaz əmlakın idarə edilməsi komitəsinin iclasında iştirak edib.
Əmlak Məsələləri Dövlət Komitəsindən bildiriblər ki, iclasda bu komitənin ötən il keçirilmiş 74-cü sessiyasında qəbul edilən 2014-2020-ci illər üçün BMT-nin Avropa İqtisadi Komissiyası regionunda dayanıqlı mənzil təsərrüfatı və daşınmaz əmlak idarəçiliyi strategiyasının icra vəziyyəti, BMT AİK regionu ölkələri üçün qəbul edilməsi zəruri sayılan dayanıqlı mənzil təsərrüfatı xartiyasının mətni müzakirə edilib. Müzakirələrdə BMT AİK regionunun 56 üzv dövlətinin rəsmi nümayəndə heyətləri, eləcə də diplomatik missiyalarının nümayəndələri iştirak ediblər. Müzakirə və debatların idarə olunması BMT AİK-in daşınmaz əmlak idarəçiliyi üzrə işçi qrupunun sədri olan ƏMDK nümayəndəsi tərəfindən həyata keçirilib. Sonda Avropa İqtisadi Komissiyasının üzv dövlətlərinin iclasda iştirak edən nümayəndələrinin səsləndirdikləri bəzi təkliflər nəzərə alınmaqla xartiyanın düzəldilmiş variantının layihəsi qəbul edilib və bu layihənin ölkələrin təmsilçilərinin iştirakı ilə yekun olaraq bir daha müzakirə edilməsi qərara alınıb.
Eyni zamanda, Beynəlxalq Konfranslar Mərkəzində əmlak idarəçiliyi, mənzil təsərrüfatı və təbii sərvətlər nazirlərinin görüşü keçirilib. Tədbirdə Qana Respublikasının daşınmaz əmlak və təbii sərvətlər naziri, Mavritaniya İslam Respublikasının mənzil təsərrüfatı və əmlak naziri, Hindistan Respublikasının yer elmləri naziri, Malayziyanın təbii sərvətlər naziri, Kanadanın yer elmləri və təbii sərvətlər naziri, BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun direktoru, Birləşmiş Ərəb Əmirliklərinin Bələdiyyə İşləri Nazirliyinin Torpaq və Əmlak Baş Direktorluğunun baş direktoru və Laqos hökumətinin təsisatlar, təlim və pensiyalar üzrə fəxri komissarı iştirak ediblər.
Görüşdə daşınmaz əmlakın idarəçiliyi sahəsində ayrı-ayrı ölkələrin əldə etdikləri nailiyyətlər, üzləşdikləri çətinliklər, eləcə də perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tədbirdə çıxış edərək Azərbaycan iqtisadiyyatının sürətli inkişafından, habelə ölkəmizdə daşınmaz əmlak idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlərdən danışıb.
BMT AİK-in mənzil təsərrüfatı və daşınmaz əmlakın idarə edilməsi komitəsinin iclası ərəfəsində geoməkan media və kommunikasiyalar beynəlxalq qurumunun və BMT AİK katibliyinin birgə təşkilatçılığı ilə birgə geoməkan dünya forumu keçirilib. Forumda geoməkan sənayesi, geomühəndislik, daşınmaz əmlak idarəçiliyi və məkan ölçmə-monitorinq texnologiyalarının ən müasir cihaz, avadanlıq və xidmət məhsulları nümayiş olunan sərgi təşkil edilib. Forum çərçivəsində “İntellektual şəhərlər üçün daşınmaz əmlak informasiya sistemləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın açılış sessiyasında Kərəm Həsənov çıxış edərək, ölkəmizin rəhbərliyi tərəfindən yürüdülən uğurlu siyasət nəticəsində Azərbaycanın dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırıb. Natiq son 10 ildə ölkəmizdə gerçəkləşən genişmiqyaslı islahatlar, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının, habelə ünvan reyestrinin aparılması, eləcə də dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkə üçün Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması sahələrinin ölkə üçün aktuallığını qeyd edib. İki gün davam edən beynəlxalq konfransda dünyanın 89 ölkəsinin yüksək səviyyəli dövlət təmsilçiləri, ictimai birliklərin və beynəlxalq təşkilatların, habelə özəl sektorun nümayəndələri, elmi işçilər və media mənsubları iştirak ediblər. Konfransda “intellektual” şəhər quruculuğu zamanı iqtisadi, sosial, ekoloji aspektlərin nəzərə alınması, habelə təbii sərvətlərdən düzgün istifadə və dövlət idarəçiliyinin təkmilləşdirilməsi çərçivəsində müasir daşınmaz əmlak informasiya sistemlərinin təşviqi məsələləri geniş müzakirə olunub.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info