“Ərazi bütövlüyü dünya nizamının təməlidir”
Tarix: 15.05.2014 | Saat: 02:19:00 | E-mail | Çapa göndər


Vaşinqtondakı Brukinq İnstitutunda Fransanın xarici işlər naziri Loran Fabiusun iştirakı ilə “Fransa geosiyasi dəyişikliklər dövründə” mövzusunda forum keçirilib.
Brukinq İnstitutunun prezidenti Stroub Talbottun giriş nitqindən sonra Fransa XİN-in başçısı çıxış edib. L.Fabius Brukinq İnstitutu nəzdində Dünya nizamı layihəsinin elmi əməkdaşı Ceremi Şapironun moderatorluğu ilə keçirilən forumda auditoriyaya qlobal siyasi məkandakı dəyişikliklərdən və Fransanın beynəlxalq münasibətlərdə rolunun artmasından söz açıb. O, regional münaqişə və böhranlar barədə forum iştirakçılarına qısa məlumat verərək bildirib ki, Fransanın xarici siyasəti planetimizdə sülhün və təhlükəsizliyin yaradılması və Avropa dəyərlərinin qorunub saxlanılması prinsipinə söykənir. Dövlətlərin suverenliyinin qorunub saxlanılmasından danışan L.Fabius vurğulayıb ki, ərazi bütövlüyü prinsipi dünya nizamının təməlidir. Fransa administrasiyasının dövlətlərin ərazi bütövlüyünün qorunub saxlanılmasına tərəfdar olması faktını vurğulayan xarici işlər naziri Mali və Mərkəzi Afrika Respublikasındakı münaqişələri nümunə gətirib. Fransa həmin münaqişələrin BMT-nin mandatlarına müvafiq olaraq həll edilməsi prosesində ön mövqelərdə dayanıb: “Ukrayna böhranı sülhün və təhlükəsizliyin qorunub saxlanılması zərurətini üzə çıxarıb”. Diplomat Suriyada vətəndaş müharibəsindən və Avropanın 13 ölkəsinin Rusiya qazından asılı olmasından da söz açıb.
Xatırladaq ki, dünyanın digər ölkələri kimi, Fransa da torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu həftənin əvvəlində Bakıda səfərdə olan Fransa Prezidenti Fransua Olland Cənubi Qafqazdakı münaqişələrə dair Fransanın mövqeyini bir daha vurğulayaraq demişdir ki, onun ölkəsi “dövlətlərin ərazi bütövlüyünü və münaqişələrin onların ərazi bütövlüyü çərçivəsində həll olunmasını” dəstəkləyir. L.Fabiusun dövlətlərin ərazi bütövlüyünün “dünya nizamının təməli” kimi qorunub saxlanılması barədə bəyanatı rəsmi Parisin regional münaqişələrə dair mövqeyini təsdiq edir. Fransa həm də 1993-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 nömrəli qətnamələrin qəbul edilməsinə səs vermiş BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Həmin qətnamələr isə Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını, azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasını tələb edir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info