Leyla Əliyeva “Şirvan Milli Parkı” filminin təqdimatında iştirak edib
Tarix: 15.05.2014 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


"Nizami" Kino Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin "Azərbaycanın 8 möcüzəsi" adlı xüsusi layihəsi çərçivəsində hazırlanan və "Şirvan Milli Parkı"ndan bəhs edən filmin təqdimatı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimat mərasimində iştirak edib. Mərasimdən əvvəl IDEA tərəfindən Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun Bakı nümayəndəliyinə 20 müşahidə kamerası təqdim olunub.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, müşahidə kameraları IDEA-nın Azərbaycanda bəbirlərin qorunması layihəsi çərçivəsində təqdim edilib. Bu kameralar bəbirlərin yaşayış yerlərini və saylarını müəyyənləşdirmək məqsədilə istifadə olunacaqdır.
Mərasimin keçirildiyi "Nizami" Kino Mərkəzində Beynəlxalq Qız Qalası Festivalı çərçivəsində hazırlanan ceyran maketləri və "Şirvan Milli Parkı" filminin rejissoru İqor Bışnyovun çəkiliş zamanı lentə aldığı fotolar sərgilənib.
Leyla Əliyeva sərgidəki maketlərlə və fotolarla tanış olub.
Sonra "Şirvan Milli Parkı" filmi və "Ağgöl Milli Parkı" videoçarxı nümayiş olunub.
Filmin rejissoru və ssenari müəllifi diqqətə çatdırdı ki, "Şirvan Milli Parkı" layihə çərçivəsində 1-ci filmdir. Layihənin təşəbbüskarı İDEA İctimai Birliyidir. İqor Bışnyov İDEA-nın rəhbəri Leyla Əliyevaya təşəkkürünü bildirərək, Azərbaycana və ölkəmizin təbiətinə çoxdandır ki, vurulduğunu, film üzərində işin 14 ay davam etdiyini, bu müddətdə 6 kino ekspedisiyanın təşkil olunduğunu qeyd edib. O, vurğulayıb ki, mühafizə olunan ərazilərin sistemi üzrə Azərbaycan postsovet məkanında liderdir.
Bildirilib ki, layihə çərçivəsində Ağgöl, "Zəngəzur", Altıağac, Hirkan, Abşeron, Şahdağ və Göygöl Milli parkları barədə filmlərin çəkilişi də nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
“Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu”
24.01.2019
Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info